01 Iyul 2024 13:53
502
GÜNDƏM

Erməni kilsəsinin təmirinə 5 milyon ayrıldı, 2 milyon da... - Türkiyədə

Ermənilər Türkiyənin Diyarbəkir vilayətinin Əli Paşa Suri rayonunda yerləşən Surb Sərkis erməni kilsəsinin  bərpasını az qala bir qələbə kimi qeyd edirlər.

Adalet.az
xəbər verir ki, kilsənin təmiri ilə bağlı məlumatı ermenihaber.am yayıb.

Bildirilib ki, İstanbuldakı erməni patriarxlığı iyunun 28-dən kilsənin təmirinə başlayıb.

Erməniləri sevindirən səbəb isə Türkliyə Mədəniyyət Nazirliyinin təmir üçün 5 milyon lirə ayırmasıdır. Amma mənbə bildirir ki,  daha 2 milyon dolların lazım olacaq. 
İstanbul Erməni Patriarxı Sahak B.Maşalyanın oxuduğu duadan sonra təmir işlərinə  başlanılıb

Qeyd edək ki, erməni mediası Diyarbəkir vilayətinin Əli Paşa bölgəsində 16-cı əsrdə inşa edilən Müqəddəs Sargis Erməni Kilsəsinin 3769 kvadratmetr ərazisi olduğunu yazır. Diyarbəkirdəki Müqəddəs Kirakos Erməni Kilsəsinin vəqfinə aid olan və yuxarı hissəsi tamamilə dağılmış kilsə uzun müddətdir ki, düyü fabriki kimi istifadə edilir.

Kilsə son dəfə 1840-cı ildə bərpa olunmuşdu. Həmçinin kilsə Osmanlı İmperiyası dövründə peşə məktəbi kimi istifadə olunub. Sonralar kilsə nə dini, nə də başqa məqsədlər üçün istifadə edilməyib və hazırda bərbad vəziyyətdədir.

 Əntiqə Rəşid