05 Mart 2025 16:43
224
GÜNDƏM

Erməni Politoloq: "Arutyunyanın ifadəsi ölkəmizi işğalçı kimi tanıda bilər"

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş qondarma rejimin “liderlərindən” Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədəki ifadələri Ermənistanda rezonans doğurub.

Adalet.az
xəbər verir ki, politoloq Stepan Danielyan Arayik Arutyunyanın ifadəsinə görə, Azərbaycan Ermənistanı işğalçı kimi tanıya biləcəyini deyib:
“Ehtimal etmək olar ki, Arutyunyanın Azərbaycan mətbuatında dərc olunan və Azərbaycan məhkəməsində verdiyi ifadələr davamlı olacaq. Arutyunyan bu yolla məsuliyyəti özündən yayındırmağa çalışır, çünki Azərbaycanda onu da 44 günlük müharibə zamanı Gəncənin bombalanması əmrini verməkdə ittiham edirlər. Arutyunyan həmin ittihamı özündən uzaqlaşdırmaq üçün və bunun onun qərarı olmadığını, eyni zamanda müharibə zamanı ordunu idarə etmədiyini demək istəyir. Azərbaycana gəlincə, Azərbaycan belə bir mövqe tutur ki, Ermənistan ona qarşı təcavüz edib və döyüşən Artsax xalqı deyil, Ermənistanın silahlı qüvvələri olub. Bundan başqa, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü həm də Alma-Ata Bəyannaməsinin prinsipləri tanıdığı deyir. Təsəvvür edin Ermənistan hələ 1990-cı illərdə Azərbaycanın ərazi bütövlüyünü Praqada tanıdığını deyir və elə həmin illərdə də Azərbaycan ərazisinə təcavüz etdiyi üzə çıxır. Əslində Praqada imzalanan sənədin Ermənistan üçün hələ də çox ağır nəticəsi olacaq. Azərbaycan hərbi təcavüzə görə məsuliyyəti Ermənistanın üzərinə qoyacaq. Ermənistan Respublikasının hazırkı rəhbərliyinin mövqeyi buna kömək edir. Azərbaycan Ermənistandan təzminat tələb edəcək və təbii ki, həmin kompensasiyanı ərazi məsələsinə gətirəcək. Ölkəni irəli aparan Sünik məsələsidir."
Erməni politoloq hesab edir ki, Arayik Arutyunyan hələ də Azərbaycan tərəfinin ondan tələb edəcəyi çoxlu ifadələr verməli olacaq.

 Qeyd edək ki,  Bakı Hərbi Məhkəməsində  ifadə verən Araik Arutyunyan gerçəkləri etiraf edib. O, 2020-ci ilin ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək, təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini deyib.

 Qondarma lider daha sonra bildirib ki, bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayiət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır”.

 Əntiqə Rəşid