Ermənilərin atəş açdığı ekskavatorçunun vəziyyəti AÇIQLANDI
Ötən gün terror hücumu nəticəsində Ağdamda yaralanan ekskavator operatorunun müalicələri davam etdirilir.
Adalet.az xəbər verir ki, qəlpə yaraları alan Mehman Həsənov Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Sağ diz nahiyəsinin və sol dirsək nahiyəsinin kor qəlpə yaralanması diaqnozu ilə gətirilən xəstənin yaraları cərrahi işlənilib. Lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən, minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15


Bakı -°C

