24 Fevral 2024 12:32
2269
MƏDƏNİYYƏT

Ermənilərin yenə "Ağrı dağ" sancısı tutdu: Rusiyada "Ararat dağının yamaclarında” filmi...

Ermənilərin Ağrı dağ sancısı bu dəfə Rusiyada  tutub.


Adalet.az xəbər verir ki, Erməni-Rusiya Universitetində erməni jurnalist və rejissor Aşot Jazoyanın “Ararat dağının yamaclarında” sənədli filminin premyerası olub.
Erməni mediası yazır ki, fevralın 28-də filmin təqdimatı da Moskvanın “Kosmos” kinoteatrında baş tutacaq.
açılış mərasimində iqtisad elmləri doktoru, professor Edvard Sandoyan çıxış edib. O deyib ki, film bir neçə ay ərzində görülən böyük işin və “Rusiya-Ermənistan” Universitetin fəallığının nəticəsidir. Aşot Jazoyan Rusiya-Ermənistan münasibətlərinin inkişafına böyük töhfə verib. Və bu gün biz Ana Dili Gününü qeyd edərkən və Vətənin Müdafiəçisi Günü ərəfəsində RA tələbə və professorlarının iştirakı ilə birgə yaradılmış bu sənədli filmə baxırıq. Biz bunu milli və rus-erməni sərvətinə çevirməliyik”.


Filmin nümayişinin sonunda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri və nümayəndəsi Maksim Seleznev qeyd edib: “Hesab edirəm ki, bu cür filmlər təkcə geniş ekranda deyil, mərkəzi telekanallarda da nümayiş etdirilməlidir. “Ararat dağının yamaclarında” filmii üslubunda olan filmlərin nümayişlərini ənənəyə çevirməliyik. Onlar Ermənistanın necə dəyişdiyinə dair unikal illik hesabata çevriləcək”.

 Qeyd edək ki,  Ağrı dağı Türkiyənin ən yüksək dağıdır. Nuhun Gəmisinə Böyük Tufandan sonra ev sahibliyi edən bu dağ çox önəmli bir ərazidir.

 Mənbələrdə deyilir ki, buna görə də yalnız dağ kimi görünmür. Ağrı dağı bir çox dildə fərqli adlara sahibdir. Bunlar Ararat, Masis, Çiyayê Agirî, Kuh-i Nuh, Cebel El Harisdir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan isə 32 km qərbdədir. Ağrı dağı Qərbi Asiyada üçüncü ən məşhur dağdır.

5 min 137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Ağrı dağı 4 min metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunub. 4 min 250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülüb. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Ararat dağına qalxmaq və enmək təxminən 3-4 gün çəkə bilər. Buraya qalxmaq üçün ən çox seçilən aylar iyul və avqustdur. Ağrı “Türkiyenin çatısı” (Türkiyənin damı) olaraq da adlandırılır.

Xocalı qatili Serj Sarkisyanın prezident olarkən törətdiyi cinayətləri yəqin ki, unutmamısınız.

İrqi, dini, milli ayrıseçkilik edərək yüzlərlə azərbaycanlının işğəncələrə məruz qalması, məhv edilməsi məhz onun faşist fəaliyyətinin nəticəsi olub. O hətta gənc nəsli də dəfələrlə özü kimi qaniçən olmağa çağırışlar etmişdi. Yadınıza gələr: 2010-cu ildə Ermənistandakı bayram tədbirlərinin birində o vaxtkı Ermənistan prezidenti Serj Sarksyan erməni gənclərə təxminən belə bir tövsiyyə etmişdi: “Biz Qarabağı aldıq, sizində borcunuzdur ki, Araratı (Ağrı dağı) bütünlüklə ərazimizə daxil edəsiniz”.

Bəli, 2010-cu ildə verilən o qanlı tövsiyyə, 2016, 2017, 2020- ci illərdə öz qanlı nəticəsini göstərdi. 2010 –cu ildə 12-13 yaşlı şagirdə, yaxud yeniyetmə və gəncə verilən tövsiyyə onların məhv edilməsinə gətirib çıxartdı.Minlərlə erməni gənci torpağa qarışdı.
Elə bil erməni başbilənləri ermənilərin kökünü kəsmək üçün yarışa giriblər.

 Əntiqə Rəşid