11 Iyul 2024 14:51
455
GÜNDƏM

Ermənistan-Azərbaycan sərhədinə getməyin - Britaniyadan xəbərdarlıq

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İşləri Nazirliyi vətəndaşlara Qarabağa və Ermənistan-Azərbaycan sərhədinə səfərlərdən çəkinməyi tövsiyə edib. 

Adalet.az xəbər verir ki, bu barədə nazirliyin səhifəsində qeyd olunub. 

Nazirlik "terrorçuların Azərbaycanda terror aktları törətməyə cəhd edəcəkləri ilə bağlı yenilənmiş qiymətləndirmə"ni dərc edib. 

"Nazirlik Ermənistanla sərhəddən ən azı 5 kilometr məsafədə hər hansı səfərdən çəkinməyi tövsiyə edir.

Azərbaycan hakimiyyətinin icazəsi olmadan Qarabağa daxil olmaq qanunsuzdur. Azərbaycan hakimiyyətinin icazəsi olmadan əvvəllər Qarabağın ərazilərinə səfər etmiş hər kəsin Azərbaycana girişinə məhdudiyyət qoyula bilər", - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, müharibədən sonra ərazidə hələ də minalar və partlamamış sursatlar qalıb.