adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Fevral 2017 14:00
170970
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Birvaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvisayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz,səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır.Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əzizdostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq.Biz, yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                    ***


Şəfaqət Kazımova: ""Gözəllik xoşa gələr, ağıl əyləndirər, duyğusallıq həyəcan verər. Halbuki, insanları bir-birinə bağlayan sadəcə yaxşılıqlardır..."”.


                                                                     ***

Tahirə Novruzova: "Bəzən bir insana səslənməyio insandan daha çox özləyərsən...”.


                                                                     ***

Aytən Məftun: "Əgər sevdiyinizinsan sizə qəzəblənibsə və siz günahkar deyilsinizsə, o, sakitləşənə kimi onumöhkəm qucaqlayın”.


                                                                     ***

Rza Rzayev: "Qələm yaza bilməyəninəlindədisə, yaza bilənin bir yolu qalır- qələm əlinə keçənə qədər yazmaq istədiklərinəzbərləsin, yaza bilməyənin qələmə sevgisi yoxdu, nə vaxtsa tullayacaq qələmi,ağır gələcək ona, təskinlik budu...”.


                                                                    ***

Qan Turalı: "Əvvəllər faşistliberallar vardı. İndifaşist feministlər...” .


                                                                    ***

Əsəd Qaraqaplan: "Xahiş edirəm,biraz pozitiv olun, biraz yumor hissiniz olsun, biraz sevin, biraz rahat olun,biraz sevişin, səmimlikdən heç qaçmayın. Xahiş edirəm, xoşbəxt olun. Çox xahişedirəm həm də, hətta yalvarıram hamınıza...”.


                                                                     ***

Mübariz Bayramov: "Artıq sol çiynimdəkimələk çatdırmır. Sağ çiynimdəki mələk ona kömək üçün sola keçib”.


                                                                      ***

Aysel Ələkbərzadə: "Bir insanın sizəqarşı gerçək münasibətini öyrənmək istəyirsinizsə, onu qıcıqlandırın, onunladava edin.Onda açılacaq sandıq, töküləcək pambıq”.


                                                                      ***

Lalə Niftəliyeva: "Şəhərimiz çox rənglidiəslində,sadəcə insanlar bozdu...
Heyfki rəngli insanların yaşadığı boz şəhər olabilmirik”.


                                                                    ***

Laləzar Orucova: " "Allah kişiləriəhilləşdirmək üçün qadınları yaratdı." Bunu mən demirəm haa, bir kişideyib - Volter. Dünən tvdə bir türk müğənnisinə qulaq asıram. Deyir ki, "mənşəkilləndirməyi, forma verməyi çox sevirəm. 4-5 kişi olub həyatımda. Hamısını yoğurub-yapıb hazır şəkildəburaxmışam cəmiyyətə." Vəssalamda”.



Sübhan Mahmudov