Gəncədə yubiley tədbiri - FOTO
İMAM CƏMİLLİ 70
Bu günlərdə Gəncə İcra Hakimiyyətinin dəstəyi, Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin və AYB Gəncə Bölməsinin təşəbbüs və təşkilatçılığı ilə şair, yazıçı, publisist, qazi İmam Cəmillinin 70 illik yubiley tədbiri Mədəniyyət İdarəsində keçirildi.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Baş məsləhətçi Elşad Əliyev İcra Başçısının adından İmam Cəmilini təbrik edərək, xoş sözlərini ona çatdırdı.
AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül xanım tədbiri açaraq Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. O, İmam Cəmillinin ömür yolunun 70, yaradılıcılığının 50 illiyindən danışdı,
AYB Gəncə Bölməsinin ürək sözləri yazılmiş “Yubiley qovluğu” və təzə gül dəstəsi ilə təbrik etdi.
Yubiley tədbirinin aparıcısı Aida Abdullayeva yubilyarı təbrik edib, sözü tədbir iştiraçılarına verdi.
Şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Fərruxə Umarova, Zahir Şirani, İlham İnam, Həsən Göyçəli Tofiq Əmrahov, İlqar Müzəffər oğlu, Xansuvar Həsənov İmam Cəmilli haqqında ürək sözlərini söylədilər. Eltun Türkel İmam Cəmillinin sevdiyi bir şeiri ilə onu salamladı. Səlbi Baxış yubilyara həsr etdiyi şerini oxudu.
ADU-nun tarix kafedrasının dosenti Hüseynov Fəxrəddin, həmçinin Ümid Partiyasının sədr müavini çıxış edərək Partiya sədri İqbal Ağazadənin yubilyara və tədbir iştiraçılarına salamını yetirdi. Ümid Partiyası Gəncə şöbə müdiri Salman İmanlı , həmçinin Gəncə şəhərinin dəyərli ziyalıları tədbirin səbəbkarına ürək sözlərini söylədilər.
Tədbirdə aşıq və musiqi dəstəsi yubleyin daha rəngarəng keçməsinə səbəb oldu. İmam Cəmillinin nəvələri babalarının şeirlərini əzbər söylədilər.
İmam Cəmilli yubiley tədbirinin sonunda əməyi keçən hər kəsə təşəkkürünü bildirərək yeni şeirlərini oxudu.
Sonda İmam Cəmillinin kitablarından ibarət sərgiyə baxıldı və xatirə şəkili çəkildi.
Redaksiyadan : - Biz də fəal oxucumuz və yazarımız olan İmam Cəmillini 70 yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzu edirik.
Digər Xəbərlər
16 Iyun 2026 09:51
Əbülfət Mədətoğlu: Cavabsız sual
15 Iyun 2026 13:45
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
15 Iyun 2026 12:43
‘’Bizə dedilər ki, daxili işlər naziri dəstəsi ilə iclası dağıtmağa gəlir… ’’
12 Iyun 2026 15:38
Biz nədən qorxuruq? - Tərlanə Yaqubqızı yazır
12 Iyun 2026 12:45
Rafiq ƏLƏKBƏR: Gəl, elə dost olaq ki...
12 Iyun 2026 09:34
“Mədəniyyət sahəsində müsabiqə anlayışını uzun müddətliyinə ləvğ etmək lazımdır”
11 Iyun 2026 13:58
Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı - Etibar Əliyev yazır
11 Iyun 2026 10:43


Bakı -°C

