17 Mart 2015 14:50
30724
MÜSAHİBƏ

“Gərək Əli Kərimlinin dediyi sözü dua kimi göy kağıza büküb boynundan asasan” – Müsahibə

Azərbaycan Xalq CəbhəsiPartiyasında sular durulmur. Partiya sədrinin müavini Razi Nurullayevin istefa qərarının ardıncaAXCP sədri Əli Kərimli onu hakimiyyətə işləməkdə ittiham etdi. Qarşılıqlıittihamlar əsasında davam edən proses dayanmır. Adalet.az bütün bu başverənlərlə bağlı Razi Nurullayevlə söhbətləşib. O, AXCP sədri haqqında bir sıraqaranlıq məqamlara aydınlıq gətirib. Eyni zamanda üzdə demokratik partiya kimigörünən AXCP daxilində baş verən anti-demokratik mühitdən danışıb.

-Razi bəy, partiyadan istefa verəndən sonra nə iş görürsüz?

- Hazırda dostlarla yeniyaradacağım siyasi təşkilatın konturlarını müəyyən edirik. Bu yöndə müzakirələraparırıq. Bir neçə ciddi yazılar üzərində işləyirəm. Bu yazılarda müxalifətin imici barədə dahaçox məlumat veriləcək. Nəyə görə, müxalifət ancaq polis tərəfindən döyülən, ac-susuzkimi təqdim olunur, nəyə görə müxalifət varlı ola bilməz? Niyə müxalifət acolmalıdır, aclıq və işsizlik müxalifəti hakimiyyətə gətirə bilərmi? Niyə siyasimədəniyyət yoxdur? Bu mədəniyyətin formalaşmasına mane olan amillərlə bağlı biryazıdır. Çox təsirlidir. Bəlkə də Azərbaycanda hamının gördüyü, lakin heç kiminqələmə almadığı mövzudur.

-Asəf Quliyev AXCP-dən ayrılandan sonra partiya yaratdı, amma bu qurum cəmiyyətdəelə də nüfuz qazanmadı. Bəs, siz necə düşünürsüz, yeni siyasi partiyaylacəmiyyətdə hər hansı dönüş yaratmaq olarmı?

- Bu gün Azərbaycanda fərqli birsiyasi partiya ortaya qoymaq olarmı? Biz də bu suala cavab axtardığımızdan hələdə ciddi müzakirə aparırıq. Yazılarımda da bu suallara cavab verməklə yenisiyasi təşkilatın konturlarını çızmış olacam.

-Azərbaycan müxalifətinin bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan siyasətçilərinin xalqlamünasibəti yox dərəcəsindədir. Xalqın gözü eyni simaları və eyni insanlarıgörməkdən yorulub. Onunçün də iqtidarla yanaşı, müxalifətə də inamı yoxdur.Düşünürəm ki, hər hansı siyasi lider ağzından dür töksə də xalq onu qəbuletməyəcək. Çünki artıq onu görüb və mənə elə gəlir ki, xalq müxalifətdən yeni insanlar,yeni simalar istəyir. Yeni simalar meydana gəlib hakimiyyətdən fərqlənəcəksə,daha real siyasət ortaya qoya biləcəksə, o zaman xalqın da inamını onlar bərpaedə biləcək.

-Bir çox müxalifət partiyalarında insanların azad fikir söyləməsinə nə maneolur?

- Bütün partiyalarda daxilidemokratiya yox dərəcəsindədir. AXCP-də də bu tendensiya var. Hər bir məsələdəsədrin niyyəti və dediyi keçir. Kimsə baş qaldırırsa, onun başı vurulur. Deyəkki, cəbhədə mən baş qaldırmaq istəyirdim, nələrsə cücərirdi. Çox çəkmədən ƏliKərimli məni zəiflətmək, məhv etmək üçün hərəkətə keçdi. Əli Kıərimlininfəaliyyətindən kənar fərqli fikir irəli sürmək mümkün deyil. Partiyanın resurslarındanhər kəs yararlana bilməz. Partiyanın resurslarından yararlanmaq üçün ƏliKərimlinin süzgəcindən onun istədiyi kimi çıxmaq lazımdır. AXCP onun yaratdığıpartiya deyil. Deyək ki, onun mənəvi haqqı da var. Bu da yoxdur. Bunabaxmayaraq partiyaya şirkəti, şəxsi əmlakı kimi baxır. Bu məsələlər ciddiproblem yaradırdı.

-Razi bəy, niyə bu fikirləri partiyada təmsil olunduğunuz vaxt demirdiniz?

- AXCP-də olduğum müddət boyuncafərqli düşünən və fərqli insan olduğum heç kimin gözündən qaçmırdı. İlkgəldiyim zamanlar təkliflər verirdim, hətta iclaslar boyunca qeydlər aparırdım.Çıxışımı hazırladığım tezislər üzərində qururdum. Hiss etdirməsəm də, bir çoxlarınınistehzasını, gülüşünü və yaraşmayan hərəkətlərini sezirdim. Çünki, uzun-uzadımənasız və boş şeylərdən danışmırdım. Əsl cəbhəçi olmaq və sədrin sevimlisiolmaq üçün gərək sədrin hər addımını bəyənəsən, hər dediyi sözü dua kimi göykağıza büküb boynundan asasan. Ən azından gərək onun müdrik kəlamlarınıFacebookda paylaşasan. Bax buna görə də danışmağı dayandırdım, amma AXCP-ninnormal, qaragüruh təşəkkürdən uzaq və sivil bir partiya olması üçün işləraparmağa başladım. Yəqin Əli Kərimlinin partiya içində qurduğu satqın-agenturaşəbəkəsi mənim niyyətimi mənfi çalarlarla onun ovcuna qoydu. Lakin, hər kəsbilir ki, cəbhədə olduğum müddətdə o partiyaya xeyir və nüfuz gətirmişəm.

-Gələk istefa məsələsinə...

- Mən cəbhəçilərlə görüşürdüm, "Facebook”vasitəsiylə danışırdıq. Bu insanlara mən həqiqətləri deyirdim. Mən hiss edirdimki, bu insanların içində bir etiraz qaynayır. Onlar partiyada, siyasətdədəyişiklik istəyirlər. Bunlar göstəriş almaq istəmirlər. Ancaq bütün cəbhəçiləryuxarıdan göstəriş alıb iş görürlər. Partiyanın resurslarından yararlanabilmirlər. "Azadlıq” qəzetinin imkanlarından məhrumdurlar. Lakin, heç bir haldaƏli Kərimliyə qarşı təbliğat aparmamışam. Sadəcə olaraq, partiyanın demokratikquruma çevrilməsinin tərəfdarı olmuşam. Bu il keçiriləcək Parlamentseçkilərində məğlub olacağımız təqdirdə siyasətdən getmə mədəniyyətininvacibliyini vurğulamışdım. "2015-ci il mənim üçün son ildir” fikrinisəsləndirəndə, Əli Kərimli belə düşünürdü ki, mən onu hədəf seçmişəm. Yanlışdüşünürdü və bu gün də yanlışlarını davam etdirir.

-Əli Kərimlinin yerinə gəlmək istəyirdiz?

- Partiyanın sağlamlaşdırılmasınınvə monopoliyadan çıxarılmasının tərəfdarı olmuşam. Müsavatla bağlı başverənlərdə tərəf olmadım. İnsanları əsas hədəfdən yayındırır. Əli Kərimli hərkəsi sıradan çıxararaq özü tək qalmaq istəyirdi. "AXCP güclənib, ən radikal vəöndə gedəndir” kimi düşünürdü. Əksinə digər siyasi partiyalar zəifləyib.Onların zəifləməsinin fonunda belə görünür. Müsavat Partiyasının zəiflədilməsi dəmüxalifətin ziyanınadır.

-Bəs, Əli Kərimlinin haqqınızda hakimiyyətə işləmək barədə nə deyər bilərdiz?

- AXCP-dən ayrılanların qarşısındaiki şərt qoyulur. Biri sakit partiyadan gedirsən, səsin də çıxmır.Onda sənə qarşı kampaniya aparılmır. Digəri....

-Sizə də bir təklif oldu?

- Təbii ki oldu. Qarşılıqlıanlaşma təklifi oldu, lakin qəbul etmədim. Mənə satqın damğası vurmağaçalışsalar da bu alınmadı və heç bu söz açığı məndə kompleks də yaratmır. Osözün mənə heç bir aidiyyatı yoxdur. Satqın dövlətini, millətini, torpağınısatanlardır. Xalqı aldadandır, ona qarşı çıxandır. Satqın – xalqın hissləri iləoynayan xalqın və öz partiya üzvlərinin inamından sui-istifadə edib, ancaq vəancaq öz kreslosunu qoruyanlardır. Hakimiyyətlə heç bir işbirliyim olmayıb.

-İstefa verdikdən sonra hakimiyyətdən sizə iş təklifi gəldi?

- Heç bir zaman.

-Cəmiyyətdə belə bir fikir formalaşa bilər ki,"Qubad İbadoğlu Müsavatı Razi Nurullayev AXCP-ni parçaladı”. Bundançəkinmirsiz?

- Mən partiyanı parçalamaq fikrinə düşməmişəm.Fikrim cəmiyyətə yeni siyasi nəfəs gətirməkdir.

- Vətəndaşcəmiyyətində bəlkə daha çox uğur qazanardınız. Niyə özünüzü siyasətdə sınamaqqərarı verdiz?

- Klassik siyasət yoxdur. Siyasi partiyalarınçoxusu siyasi proseslərdən kənardadırlar. Klassik siyasət olmadığına görə,YAP-dan savayı digər partiyalar elə QHT kimi fəaliyyət göstərirlər. Dahadoğrusu, buna məhkumdurlar. Siyasətə fərqli baxış gətirmək və fərqli yanaşmaistəyirdim. Yanıldım. Az qala mənim özümü də qaragüruh edəcəkdilər. Şükür ki,ağlmız başımızda, baxışlarımız da yerindədir

- Parlamentseçkilərində iştirak edəcəksiz?

- Bəliqatılacam. Lakin, hansı formatda qatılacağımı hələ müəyyənləşdirməmişəm.

Ədil Ədilzadə