adalet.az header logo
  • Bakı 29°C
  • USD 1.7
29 Iyun 2022 15:01
48
ANALİZ

Hicran Hüseynova Parlamentin inzibati binasında  vətəndaş qəbulu keçirib - FOTOLAR

İyunun 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Parlamentin inzibati binasında  vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
 
Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət, şikayət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
 
Səsləndirilən müraciətlər əsasən ailə daxili münasibətlərin tənzimlənməsi, məhkəmə qərarlarının icrası, işlə təminat, sağlamlıq və müalicəyə dəstək, əmək münasibətlərinin tənzimlənməsi, sosial məsələlərlə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.