"Hücum təyyarəsi oğrusu"- qəhrəman pilot Vaqif Qurbanov
Azərbaycan HHQ-nın ilk və həmin dönəm tək hücum təyyarəsi olan SU-25-ni Sitalçay aviabazasından oğurluyub, 1992-ci ilin 8 apreldən-13 iyuna qədər Qarabağda Erməniləri toz eliyən Azərbaycanın ilk pilotu Vaqif Qurbanov.
Moskvanın göstərişiylə həmin təyyarə göründüyü yerdəcə vurulmalı idi. Buna görə təyyarəni gözdən uzaq yerdə -Şəki aeroportu tərəflərdə ot tayasında gizlədirlər.
Vaqif Sitalçaydan təyyarəni qaçıranda təyyarə raketlə təzhiz edilmiş halda idi, yəni bombardmana hazır vəziyyətdə. Bu vəziyyətdə təyyarəni qaçırıb Yevlaxda torpaq üstündə endirmək hətta uzun illərin təcrübəsinə malik pilotlara da çətin olardı.
92-ci ilin iyununda başlayan cəbhənin Goranboy-Ağdərə-Ağdam istiqamətində ermənilərin müdafiə xəttini Vaqif bombardman etməklə dağıtmış, döyüşçülərimizin hücumuna yol açmışdır. O havaya qalxanda tamaşaya duranlar deyərdilər: “Ermənini ağlar qoyacaq.”
Axırıncı uçuşu Ağdam-Əsgəran istiqamətində mühasirə təhlükəsində qalan döyüşçülərə köməyə gedəndə oldu və bu həmin gündəki 5-ci uçuş onun son uçuşuydu.
Onu qorumağa gedən hərbi vertolyotlar da hayına çata bilmədilər. Şahinimiz Əsgəran səmasında ardıcıl atılan zenit güllələriylə vurularaq Şəhid edildi.
Allah rəhmət eləsin
Digər Xəbərlər
06 Oktyabr 2026 08:51
Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı
06 Oktyabr 2026 07:44
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
06 Oktyabr 2026 07:43
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
06 Oktyabr 2026 07:42
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
03 Oktyabr 2026 12:00
Dənizdən yığıb yola asfalt çəkdilər
01 Oktyabr 2026 09:33
Meymunlar münaqişədən sonra insanlardan daha tez barışırlar
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36


Bakı -°C

