İl ərzində qrip əleyhinə peyvənd olanların STATİSTİKASI
Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib. Ölkəyə yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir. Əvvəlcədən doldurulmuş birdəfəlik şpris şəklində istehsal edilir.
Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.
Bu günədək olan statistikaya əsasən, 2023-cü il payız-qış mövsümündə əldə edilən peyvəndlərlə, TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb. 314 nəfər Bakı və Abşeron ərazisində, 1490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

