"iPhone 17" SIM kartlardan imtina edə bilər

"Apple iPhone" 17-də fiziki SIM kartlardan imtina edə bilər Avropa İttifaqı ölkələrindəki "Apple Store" əməkdaşları eSIM texnologiyası üzrə xüsusi təlimlərə cəlb olunublar.
Adalet.az "TechManiacs" portalına istinadən xəbər verir ki, bu addım “iPhone 17” seriyasının bəzi modellərində fiziki SIM kart slotunun ləğv olunacağına işarədir.
Məlumatlara əsasən, bu dəyişiklik xüsusilə ultra nazik “iPhone 17 Air” modeli ilə bağlıdır. Cihazın korpus qalınlığının minimuma endirilməsi səbəbindən nano-SIM üçün nəzərdə tutulmuş slotun yerləşdirilməsi mümkün olmayıb. Nəticədə yeni model yalnız eSIM dəstəkləyəcək. Əgər iddialar təsdiqlənərsə, yenilik təkcə Avropa bazarı ilə məhdudlaşmayacaq, bütün dünyada tətbiq ediləcək.
Qeyd edək ki, "Apple" ABŞ bazarında artıq bir neçə ildir yalnız eSIM versiyalı "iPhone"lar təqdim edir. Digər regionlarda isə həm nano-SIM, həm də eSIM dəstəyi mövcuddur.
Digər Xəbərlər

"Bakcell"in meqa lotereyasının qalibi bəlli oldu!

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış etdi - FOTOLAR

Google on ildə ilk dəfə loqotipini YENİLƏDİ

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTOLAR

“Bakcell”dən böyük lotereya - 14 prestijli avtomobil və dəyərli hədiyyələr
