17 Fevral 2025 19:05
342
DÜNYA

İsrail Ordusu bir sutka ərzində Livandan çıxacaq

İsrail Ordusu yaxın 24 saat ərzində qoşunlarını Livanın cənubundan çıxarmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə “Ynet” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qoşunlar atəşkəs razılaşması çərçivəsində çıxarılacaqlar.

Eyni zamanda, İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" silahlılarının fəaliyyətini bərpa etməsinin qarşısını almaq üçün qeyri-müəyyən müddətə beş strateji mövqedə mövcudluğunu saxlamaq niyyətindədir.