Kaliforniyada iğtişaşlar hardan qaynaqlanır? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
226 | 2025-06-11 12:41

ABŞ prezidenti Donald Tramp güman edir ki, Kaliforniya ştatında miqratların törətdiyi iğtişaşları kimlərsə maliyələşdirir. Bu barədə Tramp Fort-Breqedə keçirilən hərbi nümayiş zamanı çıxışında bəyan edib.

 "Bu uşaqlar (etirazçı miqrantlar nəzərdə tutulur...R.H.)- həvəskarlar deyil, peşəkarlardırlar. Onları kimlərsə maliyələşdirir. Biz  baş prokurur Pen Bondi  və ədliyyə nazirliyi vasitəsiylə onun kimliyini öyrənməyə çalışırıq"-deyə amerkan lideri bildirib.

 ABŞ prezidentinin sözlərinə görə, Kaliforniyada baş verən iğtişaşlar,  ABŞ-a xarici müdaxiləyə yol açan, "sülhə, ictimayi əsayişə və milli suverinetetə hücumdur".

  Donald Tramp, "kimlərsə bu iğtişaşları maliyələşdirir" deməklə, çox güman ki, onun prezident kürsüsünə əyləşməsində əsas rol oynayan, dünənə qədər yaxın silahdaşı olan, milyarder İlon Maskı nəzərdə tutur.

 Xəbər verildiyi kimi, bu günlərdə Donald Trampın xarici mallara tarifləri hədsiz dərəcədə artırması və miqrantların ölkədən çıxarılmasıyla bağlı verdiyi fərmanlarla bağı, İlon Maskla aralarında yaranmış fikir ayrılıqları, sonuncunun prezident administrasiyasında tutduğu bəzifəsindən istefa verməsiylə nəticələndi.

 Bundan sonra milyarder, Trampın prezident seçilməsində əsas rol oynadığını və tezliklə onun yerinə keçəcəyini bəyan etdi. Təbii ki, bundan sonra, Trampla aralarında olan münasibət faktiki olaraq qarşıdurmaya çevrildi.

 Kaliforniyada baş verən iğtişaşlar, İlon Maskın "vurulması" üçün ən yaxşı bəhanə ola bilər. Lakin, mümkündür ki, Tramp vəziyyətdən istifadə edərək, əzəli "düşməni" Çin Xalq Respublikasını və Rusiyanın xüsusi xidmət orqanlarını da ittahamlara əlavə etsin.

 Hər bir halda, ABŞ prezidentinin bəyənatının altından başqa məsələlrdə çıxa bilər. 

 

TƏQVİM / ARXİV