Kamal Abdullanın yeni kitabı
“Sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan”.
Bəs qələmsiz yazırsansa, onda da tənhasanmı?
Xalq yazıçısı Kamal Abdulla fərqli olmağı, yenilik etməyi sevir və bunu bacarır. Polemikanı da xoşlayır. Ona görə mən də əziz Kamal müəllimə sualla başladım bu qranulamı.
İndi Kamal Abdulla, özü demiş, janrı bəlli olmayan yeni bir kitab nəşr etdirib: ”Seçmələrin seçməsi - qranulalar”.
“Qranula cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir”.
Bir növ daha çevik, yığcam, dolğun cümlələr, qısa təəssüratlar, sevimli şeir parçaları və sair.
Kamal müəllim kitabın ön sözündə bu qranulaların həm özlərini, həm də aid olduqları ilkin mətnləri xatırladacaqlarına ümid edir və kitabın oxucusuna hələlik son hədiyyəsi olduğunu söyləyir.
Kitabın nəşrinə onu ruhlandıranlar da sanballı ədəbiyyat biliciləridir və qranulaları oxuduqca düşünürsən ki, haqlı ruhlandırıblar.
Nəşrin texniki tərtibatı və dizaynı nəfis, səliqəli və fərqlidir.
Qranulalar hərəsi bir səhifədə yerləşdirilib. Bu da oxuduqca nəfəs dərməyə və düşünməyə imkan verir. Bu kitab Kamal Abdulla yaradıcılığına bələd olan oxucunu onun tanış əsərlərinə qaytarır, sevimli mövzularını, obrazlarını canlandırır, təkrarlayır, yada salır. Kitab müəllifi yeni oxuyanlar üçün də maraqlıdır. Üzdən oxuyanlar üçün kitab tez bitir, bu da "kitabı oxuyub bitirdim" deyə bir özgüvən yaradır. Amma bu kitabı layiqincə "həzm eləmək", Xalq yazıçısının daxili dünyasına, düşüncələrinə dalmaq üçün kitabı aram-aram, nəfəs dərərək oxumaq vacibdir.
Kitab haqqında geniş danışmaq olar. Amma mən də, kitabın janrına uyğun olaraq, təəssüratımın qranulasını yazdım.
Bu orijinal kitaba görə Kamal müəllimi təbrik edir və avtoqraflı hədiyyə üçün təşəkkürümü bildirirəm.
Rəşad Məcid
Digər Xəbərlər
13 Mart 2026 09:10
“RƏMİŞ, GETMƏK VAXTIDI...” - Vaqif Bəhmənli yazır
13 Mart 2026 09:05
“Bu vertolyotlarla yaralıları Bakıya yola sala bildik...”
12 Mart 2026 13:50
Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO
12 Mart 2026 10:04
““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08
“Ermənilərin məni və qardaşımı girov götürmək istədiklərini biləndə...” – Sabir Məmmədov
11 Mart 2026 14:06
"Bu dəqiqə evlənə bilərəm..." - 92 yaşlı tanınmış loğman
11 Mart 2026 13:48


Bakı -°C

