adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2023 09:55
413
SİYASƏT

Kılıcdaroğlunu dəstəkləyənlər nə istəyir?: "Türkün yolu" nun  Azərbaycandan yox, İrandan keçməsinimi?- TƏHLİL

44 günlük müharibə bizim xalqın ən həssas nöqtəsidir, o müddətdə əzəli və əbədi torpaqlaımızı 30 illik düşmən tapdağından azad etdik, həm də bu yolda minlərlə igidimiz şəhid oldu. O sırada iki ən böyük hissi bir arada yaşadıq. Qələbəmizin verdiyi sevinc bir gözümüzü güldürdü, igidlərimizin itkisi bir gözümüz ağlatdı. Belə bir məqamda bizə heç vaxt səmimi münasibət göstərməyən, ermənilərin tərəfində olub da, 30 illik erməni işğalına susan ölkələrin, təşkiiltların, siyasi şəxslərin əleyhimizə ağzından çıxartdığı hər kəlmə ürəyimizə xəncər kimi saplandı.

Məsələn, həmin dövrdə Azərbaycandan Qarabağda hərbi əməliyyatları dayandırmağı tələb edən Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutunun Kataloniya, ABŞ, Fransa parlamentarilərinin ermənipərəst olduğunu başa düşürük və istəklərini adi qarşılayırıq. Amma bu istək qardaş Türkiyənin bəzi parlamentarilərinin dilindən eşidiləndə əlbəttə ki, bizdə şok effekti yaradar. Necəki yaratdı. Yadınıza gələr, savaşın qızgın çağında CHP sədrinin baş müşaviri Ünal Çeviköz “Türkiyənin Azərbaycana dəstək verməsindən təəssüflənir”, həm də iddia edirdi ki, “Türkiyə suriyalı terrorçuları Azərbaycana göndərib”. Ünal Çeviköz vaxtıilə Azərbaycanda səfir olub və Azərbaycan xalqının isti, ilıq , səmimi münasibəti ilə əhatə edilmişdi. Hazırda Kılıçdaroğlunun beynəlxalq münasibətlər üzrə baş müşaviri olan Ünal bəy görəsən niyə bu hərəkəti ilə bağlı nə partiyasından , nə də partiya başqanından ən azından bir qınaq, bir tənqid “yemədi”.
Əminəm, CHP-nin “Gələcək üçün biz” qrupunun Azərbaycan Ordusunun dayandırılması haqda bəyanatlar verməsini də unutmamısınız?
Niyə, CHP Gəncədə, Bərdədə, Mingəçevirdə Ermənistanın atdığı mərmilər nəticəsində həlak olan dinc əhalini görməzdən gəlib, ancaq ermənilərin mənafeyini güddü.
K.Kılıcdaroğlunun “Türk yolu” adılandırdığı layihəni necə , unutmamısınız ki? Kılıcdaroğlu sevərlərdən soruşuram: siz orda Azərbaycan adını gördünüzmü?Erməni kimi İrana sevgisini həmin layihədə izhar edən Kılıcdaroğlu marşrutu İran üzərindən aparır. Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarmağa çalışan, Ermənistan üçün yeni nəfəslik açan, inkişaf yolu cızan Kılıcdaroğlun sevginizi hansı əsaslarla , utanmadan ifadə edirsiniz, bunu da anlamış deyiləm!Siz anlayırsınızmı, Kılıcdaroğlu (Allah eləməsin) prezident olarsa, Azərbaycanın başına hansı fəlakətlər gələ bilər?


Türkiyədə uzun illərdir işıq üzü görən ermənilərin media orqanı olan “Aqos” qəzetinin baş redaktoru olan Yetvart Danzikyan mediaya müsahibəsində özünün və eyni zamanda həm Türkiyədəki , həm də Ermənistandakı ermənilərin favori namizədi Kılıcdaroğlu olduğunu dönə-dönə söylədi. PKK funksionerləri, Kılıcdaroğluya dəstək verəcəklərini, təşkilatlarının da bütün üzvlərini CHP baş qanına səs verməyə səsləmədimi? Əziz soydaşlarım, bir az gözüaçıq olun, düşünün!

Bir də düşünün ki, Ərdoğan 44 günlük müharibədəndə çox əvvəl, müharibəbə sırasında da, ondan sonrakı dövrdə də, elə bax, bu yazını oxuduğunuz ana qədər var qüvvəsi ilə Azərbaycanın yanında oldu, Azərbaycan dövlətinin Qarabağda, Zəngəzurda atdığı addımları dəstəklədi.

Son da fikrimi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir fikri ilə tamamlamaq istəyirəm Çavuşoğlu CHP lideri Kamal Kılıçdaroğlunun "Türkün yolu" layihəsini bu sözlərlə qarşılıq verir: "Türkün yolu" şəhid qanı tökülmüş qədim türk yurdu Şuşadan, Cəbrayıl və Zəngəzurdan keçər. Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?”deyə Türkiyənin XİN başçısı namizədi qınayıb. Çavuşoğlunun Kılıcdaroğlunu qınamaq haqqı olduğu qədər, elə hesab edirəm ki, mənimdə Kılıcdaroğlusevərləri tənqid etmək haqqım var: Kılıcdaroğlunu PKK sevir, ermənilər sevir, yunanlar sevir, TÜRKü sevməyənlərin hamısı sevir . Əziz soydaşlarım, bəs sizə nə olub? Sevginizlə , dəstəyinizlə nə istəyirsiniz Kılıcdaroğludan? "Türkün yolu" layihəsinin Azərbaycandan yox, İrandan keçməsinimi?


Əntiqə Rəşid