31 mart. Azərbaycanlıların soyqırımı günü. Son aylar dünyanı cənginəalan korona bəlası bu günü ikinci plana keçirdi. Əşi, dünyanı demirəm, dünyadaheç zaman birinci planda olmayıb. Özümüzü nəzərdə tuturam. Desəm, bizdə yalnızkoronaya görə belədir, inamımı yandırmış olaram. Faciə faciəni unutdurur. Necəki, Qarabağ və digər məsələlərdən, faciələrdən sonra mart kimi olaylar bir qədərkölgəyə çəkilmiş oldu. Yalnız dövlətin və az qismdə şəxsin sayıqlığı nəticəsindəaz-çox gündəmə gətirilir.
Bir faciəni unutmaq digər gələcək faciənin müjdəçisi olur. Eynilə,mart hadisələri və sonrakı onillər ərzində yaşadıqlarımız.
Bu tip soyqırımlar xəstəlikdir. Bəli, məhz xəstəlik. Özü də koronadanda qorxulu. Yoluxucu xəstəlik. Bir beynə düşdüsə minləri, on minləri, həttamilyonları yoluxduracaq.
Üç ay ərzində dünyada 37 min insan koronanın qurbanı olub. Amma bumart yoluxucu beyin xəstəliyinin nəticəsində bu saydan dəfələrlə artıq insan həlakoldu. Dünya nə deyir?
Əşi, dünyanın nə vecinə...
Beyinlərdən beyinlərə, ruhlardan ruhlara yayılan, insanı zombiləşdirən,şovinizmdən belə daha qorxulu xəstəlik. Bu yoluxucu düşüncə xəstəliyi bir dəfəbeyinə düşdüsə onu nə hansısa vaksinlə sağalda bilə, nə də kökünü kəsə bilərsən.Yalnız bir yolu var, o da həmin beyni dəyişməkdir.
Hə, ara-sıra ədalətli qərarların da şahidi oluruq. KeçmişYuqoslaviyada baş verənlər haqqını müəyyən dərəcədə tapdı. Günahkarlar cəzalandırıldı. Buna qısqanclıqlayanaşmıram. Ədalətin bərpasıdır, amma qərbin Yuqoslaviya rəhbərliyinə qarşıqıcığı olmasaydı, əmin olun, o hadisələr də sadəcə statistikadan başqa bir şeyolmayacaqdı.