Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı - VİDEO

Güclü qarın yağması səbəbindən Lerik rayonunun Loda və Vilik kəndlərinə giriş-çıxışın bağlanması çətin anlara səbəb olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Adalet.az-a verilən məlumata görə, halı pisləşən Vilik kənd sakini, 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmaq yalnız ağır texnika, kənd sakinləri və kənd icra nümayəndəliyinin köməyi ilə yolu açdıqdan sonra mümkün olub.
Ötən gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan yeniyetməyə kəskin appendisit diaqnozu təyin edilib və o, dərhal əməliyyata götürülüb.
Qeyd edək ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Digər Xəbərlər

Elektron siqaret bu üç xəstəliyin yaranmasına səbəb olur

Nazirdən plastik cərrahlarla bağlı AÇIQLAMA

Apteklər onlara spirt satmayacaq!

Sabahın tibbi-meteoroloji PROQNOZU

Zəif ürək bu xəstəliklərin inkişaf riskini artırır

Bu şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq

Hərbi xidmətdə ayaq barmaqlarını itirən şəxsin müavinəti kəsildi - VİDEO
