Bu şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq

Yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq şəxslərin əhatə dairəsi genişlənir.
Adalet.az xəbər verir ki, dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 20-ci maddəsinin qüvvədə olan redaksiyada yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.
Təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaqdır.
Digər Xəbərlər

Elektron siqaret bu üç xəstəliyin yaranmasına səbəb olur

Nazirdən plastik cərrahlarla bağlı AÇIQLAMA

Apteklər onlara spirt satmayacaq!

Sabahın tibbi-meteoroloji PROQNOZU

Zəif ürək bu xəstəliklərin inkişaf riskini artırır

Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı - VİDEO

Hərbi xidmətdə ayaq barmaqlarını itirən şəxsin müavinəti kəsildi - VİDEO
