Metroda problem yarandı - YENİLƏNİB
Bakı metrosunda köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb.
Adalet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, nasaz qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb:
"Hazırda "yaşıl" və "qırmızı xətlər"də intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq".
***
11:47
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər–Sahil" mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Digər Xəbərlər
23 Fevral 2026 10:08
Naxçıvanda İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik vasitə aşkarlandı
23 Fevral 2026 10:00
Peyvənd vurulan körpə öldü
23 Fevral 2026 09:21
Bakıda gül mağazasında partlayış - VİDEO
22 Fevral 2026 08:11
Azərbaycanda zəlzələ oldu
21 Fevral 2026 18:54
Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alan FHN əməkdaşının son durumu
21 Fevral 2026 10:46
Salyanda FHN əməkdaşlarını maşın vurub, biri ölüb - YENİLƏNİB
20 Fevral 2026 12:46
Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edildi
20 Fevral 2026 12:10


Bakı -°C

