Milli Məclisin komitələri ilə bağlı yeni dəyişiklik
Modern.az-ınməlumatına görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 15-ci maddəsinə (Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası) dəyişiklik təklif olunur.
Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun və qərar layihələrinin dövri olaraq ictimai dinləmələrinin və ictimai müzakirələrinin keçirilməsini təşkil edəcək. İctimai dinləmə (müzakirə) komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin (müzakirənin) təşkili üçün Milli Məclisin Aparatı "İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq tədbirlər görməlidir. İctimai dinləməyə (müzakirəyə) dəvət olunan şəxslər ictimai dinləmənin (müzakirənin) keçirilməsi tarixi barədə ən azı 3 gün, Azərbaycan Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən təcili elan edilən qanun və ya qərar layihəsi ilə bağlı isə ən azı 1 gün qabaq xəbərdar olunacaqlar.
Milli Məclisin Aparatı aparıcı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirəcək, habelə qanun layihələrinin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edəcək. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan layihələrin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol veriləcək. Bu halda komitə tərəfindən siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanacaq.
Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Respublikasının Konstitusiyasına və bu Daxili Nizamnaməyə əsasən müəyyənləşdirir.
Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirə ediləcək.
Digər Xəbərlər
04 Iyun 2026 13:10
Əli Əsədov görüş keçirdi - FOTO
04 Iyun 2026 09:11
ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır - Politoloq
03 Iyun 2026 16:50
Roma Papası İlham Əliyevi TƏBRİK ETDİ
03 Iyun 2026 16:24
Cənubi Qafqazın taleyi... - Səxavət Məmməd yazır
03 Iyun 2026 12:21
""Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları yeni hüquqi kimlik qazanırlar"
03 Iyun 2026 12:20
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
03 Iyun 2026 11:45
"300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" - Komitə sədri
03 Iyun 2026 11:06


Bakı -°C

