Müəllimlərin diqqətinə: MİQ üzrə müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.
Adalet.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat verib.
Bildirilib ki, vakansiya seçimlərinə bu gün saat 11:00-da start veriləcək və 12 sentyabr saat 11:00-da başa çatacaq.
Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq dörd vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.
Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Vakansiya seçimi etdikdən sonra elektron ərizəni təsdiqləmək lazımdır.
Digər Xəbərlər
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47


Bakı -°C

