adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Iyun 2020 15:21
46292
LAYİHƏ

MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR

(əvvəli ötən sayımızda)

- Dədə, mən bayaq dava sualınıelə-belə vermədim e. Yəni mənim də içimdə öyrənmək istədiyim bir mətləb varidi. Onu səndən öyrənmək istəyirəm.

- Kol-kos doğrama, sözün nədionu de. Soruş görüm.

- Dədə, indi oxuyanlar çoxuyaddan çıxmasın deyə dava salır, bir-birinin saçını yolur, bir-birinin paxırınıaçır...

- Yox, bildim nə deyirsən.Bunların heç biri mənilik deyil. Ümumiyyətlə, səsi, istedadı, əxlaqı, dinləyiciyə,tamaşaçıya hörməti olan heç bir oxuyan bu yolu tutmaz. Mən belə görmüşəm. Bizibelə tərbiyələndiriblər, belə böyüdüblər. Tam səmimiyyətimlə deyirəm, vallah,ürəklə deyirəm. Dünyanın tanıdığı böyük Seyid Şuşinski mənə dərs verib. Mənondan dava-dalaş dərsi almamışam. 1959-cu ildən, yəni Bakıya gəldiyim gündən (yəqinbilirsən də məni Seyid gətirmişdi - Ə.M.) böyük sənətkarlarla bir yerdəolmuşam. Mən İslamı görmüşəm, Zeynəb Xanlarovanı görmüşəm, Əlibaba Məmmədovugörmüşəm, Əbülfət Əliyevi görmüşəm, Şövkət xanımı görmüşəm, Qulu Əsgərovugörmüşəm, Yaqub Məmmədovu görmüşəm. Yəni elə istedadları, elə sənətkarlarıgörmüşəm ki, mən ancaq tərbiyələnmişəm, öyrənmişəm. Rəhmətlik Seyid Zeynəbxanıma, İslama, Quluya, mənə və bir neçə digər sənətkarlarımıza bir yerdə dərskeçirdi. O həm də bizə həyatı öyrədirdi, tamaşaçıya, dinləyiciyə ehtiramı öyrədirdi.İnan Allaha ki, bu yaşıma qədər bir tar çalanla, bir kamança çalanla, ümumiyyətlə,heç bir sənət adamıyla narazılığım olmayıb. Heç kimin xətrinə dəyməmişəm.Hamıyla mehriban yola getmişəm, hörmət etmişəm, hörmət görmüşəm. İndikioxuyanlar bir az ayrı yolu tutublar. Amma düz eləmirlər. O ki, qaldı musiqimizə...

- Hə, Dədə, musiqimizdə nə başverir?

- Gəl etiraf eliyək ki, hörmətliMehriban xanımın diqqəti sayəsində Azərbaycan muğamı ayağa qalxdı, bir dahaözünü dünyaya göstərdi. Onun sayəsində müsabiqələr keçirildi və bu gün Babək,İlkin, Qoçaq, Təyyar, Elşad, Elçin, o biriləri muğamın inkişafında öz sözlərinideməyə başladılar, muğama yeni nəfəslər gətirdilər. Aydınca göründü ki, böyük sənətkarlarınardınca böyük də istedadlar gəlir. Düzdü, bəzən hətta tanınmış xanəndə də nəyiisə düz oxumaya bilər, oxuyur da. Amma mən heç vaxt birbaşa kiminsə qəlbinə dəymirəm,irad tutmuram. Sadəcə onun qəlbinə dəymədən deyirəm ki, deyəsən səsin yerindədeyil. O da səhvini başa düşür. Amma cavanlar belə eləmir. Birinin bir balaca səhvioldu, aləmi qatırlar bir-birinə. Dava-dalaş da belə şeylərdən başlayır. Bilməklazımdır ki, heç kim bu dünyanı tutub getməyəcək. Cabbar, Xan, Seyid gəlif-gedif.Onların ardınca Şövkət, Əbülfət, Qulu, Yaqub, İslam gəlif-gedif. Onlarındalınca da biz gedəjiyik. Bizim dalımızca da başqaları gələjək. Yəni hər şey mərhələ-mərəhələdi.Odur ki, gərək ürək sındırmayasan, əl tutasan, yol göstərəsən. Özü də ürəklə,adam balası kimi, xətirə, şəxsiyyətə toxunmadan. Bizdən əvvəlkilər muğamıqoruyub, indi biz qoruyurux, bizdən sonra da gələnlər qoruyajax. Bu gün həmin ocavan muğam oxuyanlar məni görən kimi yığışır başıma. Soruşur, məsləhət alır,sual-cavab edirlər. Maa ləzzət verir, mən də bildiyimi öyrədirəm. Ümumiyyətlə,qəvliyyəti olan, səsi olan heç bir oxuyanı danmaq olmaz. Mən lap elə qadınoxuyanları da deyirəm. Aygünü, Nəzakət Teymurovanı, o birilərini nə təhərdanmaq olar. Muğam oxuyan qadınlarımız çox mükəmməl bilir öz sənətin. Adlarınıunutduqlarım məni bağışlasınnar. Mənim estradayla işim yoxdu. Ancaq onlar damuğamı bilsələr, işlərinin xeyrinə olar. Çünki estrada özü də muğam üstündədir.İstənilən musiqini səsləndir, deyim hansı muğamın üstündədi. Heç biri muğamdankənara çıxa bilmir. Bu, Üzeyirin böyük xidmətinin nəticəsidir. Üzeyir də deyib,Seyid də deyib ki, muğama əlavələr olar, amma ağıllı əlavələr. Səndən bir şeysoruşum.

- Buyur, Dədə.

- Yaqub "Mənsuriyyə"nioxuyub. Pisdi? Lap elə Qədiri deyim. Qədir Rüstəmovu yaddan çıxarmaq olar?

- Yox, mümkün deyil.

- Ay sağ ol. Bu kişilər öz qəvliyətinəgörə oxuyub, möhürünü vuruf, çıxıf - gedif. Mən Əbülfət Əliyevi, Zülfü əmini,Mütəllim Mütəllimovu nə təhər yaddan çıxarım. Mütəllimin "Segah"ınıkim oxuya bilər? Bir yadına sal:

Hər bağın, hər bağçanın

Öz bülbülü şeydası var

- bu dəqiqə də qulaqlarımda səslənir.Bu kişilər öyrənə-öyrənə, sevə-sevə oxuyublar. Biz də elə, bizdən sonra gələnlərdə elə olacaq. Ələsgərin, Segah İslamın, Keçəçioğlunun valları var. Onlarasaatlarla qulaq asıram. Bu yaşımda da öyrənirəm. Ayə, mənim 73 yaşım var e,amma öyrənirəm. Çünki muğam başdan-ayağa sirdi. Öyrəndikcə öyrənirsən, bitifqurtarmır. Sağ olsun cavanları, görürəm onlar da muğamı həvəslə öyrənirlər. Buheç də pis deyil. Əksinə, pis odur ki, oxuyanın özü özünə qiymət verə bilməsin.Niyə oxuduğunu, nədən ötrü oxuduğunu dərk eləməsin. Əgər dərk eləsə, bu sənətdənqorxmayajax. Hara qədər oxuya biləcəyini müəyyənləşdirəjək və oxuya bilməyəndədə yavaşca öz işinin ardınca gedəjək. Amma dərk eləməyənlər ömrü boyu ortalıqdaqalajax. Bax, dad bu yarımçıqların əlindən. İndinin özündə də bir az yekəlikçıxmasın, camaat məni məclisinə dəvət eliyir. Çünki mən camaata da hörmət etməyibacarıram, sənətə də qiymət verməyi bacarıram. İndiki cavanlar özündən böyüklərinyoluna baxsalar, öz yollarını vaxtında müəyyənləşdirəjəklər. Dikbaşlıq eləyənləruzaq gedə bilməzlər. Ağıllı oxuyan həmişə öz yerini bilir. Bir də yeri olmasada deyim. Mən açılmamışam e, heç açılmaq da istəmirəm. Çünki... (bir anlıqsusur). İndi bəzi ağzıgöyçəklər deyir ki, bu yaşda bu nə addı sənə verdilər?(söhbət "Əməkdar artist" adından gedir - Ə.M) Mən də kəsəcə cavabverirəm ki, mənə hansı ad layiqdir, xalq verif. Hökumət də bu adı layiq bildi,bu adı verdi. Sağ olsunlar, görürlər ki, yaşımın çiçəkləyən vaxtıdı, səsiminaçılan vaxtıdı, bir az da həvəsləndirdilər. İnşallah, o biri adları da verərlər.Mən bir şeyi bilirəm: - xanəndə Allahın ona verdiyi səsi xalqın xidmətinə yönəltməlidir.Elin-obanın məclislərində gücü çatdığı kimi iştirak etməlidi. Rəhmətlik RüstəmSəfərəliyevi tanıyırdın?

- Əlbəttə ki, tanıyırdım.

- Bax, Rüstəm əmi mənim anaqohumum idi. Bərdədə birinci katib işləyirdi. Rəhmətlik Heydər Əliyev onun xətrinilap çox istəyirdi. 1969-cu ildə Bərdəyə konsert verməyə getmişdim. Gecə rəhmətlikləoturub söhbət eliyirdim. Maa dedi ki, istəyirsən Heydər Əliyevə deyim saa ad daversin, ev də. Mən də gəlib bunu rəhmətlik anama danışdım. Anam da savadsızarvadıydı. Özün Qoçəhmədliləri tanıyırsan dana. Maa qayıtdı ki, bala, Urustamadenən Heydər Əliyevə desin ki, qoy Süleyman oxumağın oxusun. İndi Allah ölənlərinhamısına rəhmət eləsin, mən belə söhbətlərin də şahidi olmuşam. Tay ayrı nədeyim. Onda mənim qara "24"üm var idi. Rüstəm əmi deyirdi ki, katibində "24"ü var, sənin də. Mən də "24"-ü kosmosa uçandanalmışdım. Zarafatla deyirdim ki, sizə hökumət verib, maa göyə çıxan. GörünürRüstəm əmi o söhbəti Heydər Əliyevə demişdi. Çünki Ulu Öndər hakimiyyətəqayıdandan sonra mənə Prezident təqaüdü verdi.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.