adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2020 16:23
51337
LAYİHƏ

MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR

(əvvəli ötən saylarımızda)

- Dədə, yeri gəlmişkən, el-obasöhbəti elədin yadıma düşdü. Sizə bu titulu, yəni "Dədə" adını ilk dəfəkim verib? Birinci, kim sizə "Dədə" deyib?

- Allah Səyavuş Sərxanlıya rəhməteləsin. Çoxgözəl insan idi. Tanıyırdın onu?

-Əlbəttə. Yaxın münasibətim də olub rəhmətliklə.

-Dədə sözü ən çox aşıqlarda olur. Dədə Ələsgər,Dədə Şəmşir və ayrıları.

Bunun da səbəbi odur ki,aşıqlar həmişə elin-obanın içində olur, kasıb toylarını pulsuz çalıb-oxuyur. Yənicamaatın dərdinə-sərinə qalır. Belə pis çıxmasın, mən də heç vaxt heç kimə"toy pulu" oxumamışam. Nə veriblər, min bərəkət demişəm. İnan Allaha,bax, sənin də, mənim də canım üçün, o qədər pulsuz toylar oxumuşam ki. Həttatar çalanım Mahmud arada zarafat eliyif ki, Dədə, bu toyda pul olajax, yoxsayox? Demişəm puldan gözünü çək. Digər tərəfdən, xalq məni urvatlı tutur, mənəpul xarclayıb, mən də o pulu xalqa qaytarmışam. Mən ömür boyu pul yığmamışam.Evim olub, uşaqlarım dolanıb, maşınım olub, heç kimə əl açmamışam, artıqtamahlıq eləməmişəm.

Qazanmağı da bacarmışam,xarclamağı da. Qohum-əqrabama doyunca əl tutmuşam. Halal xoşları olsun. 1972-ciildə köhnə Şamxorda, indiki Şəmkirdə həmin o rəhmətlik Siyavuş Sərxanlıyla birməclisdə idim. Gecənin bir yarısı rəhmətlik maa dedi ki, Süleyman müəllim, anamağır yataqdadı, bu günlük, sabahlıqdı, gedək ona bir baş çəkək. Gecə yarısıdurub gəldik bunların kəndinə.

Sərxanlı kəndi də dərənindibindədi. Gəldik, gördüm arvadın vəziyyəti həqiqətən ağırdı. Çıxdım həyətə ətrafabaxdım, Qoçəhmədli yadıma düşdü. Özümdən asılı olmadan bir "Segah"oxudum. Özü də bu sözlərlə:

Ya Rəbb, sənə and verirəm Peyğəmbərə,

Rəsulun məzarı xatirinə sən əfvet,

Füzulini - mən burda Siyavuşunanasını nəzərdə tuturdum və deyirdim:

Əfv et Füzulini, keçgünahından,

Çox günah etmiş özü bilmədən

- sonra qayıtdıq otağa, gözlərimizəinanmadıq. Bayaqdan can üstə olan ana durub oturmuşdu yerin içində.

Mənim sidq ürəklə Allaha üztutmağım o ananın ömrünü 3-4 il uzatdı.

Bax, həmin gecə Siyavuşun anasısoruşdu ki, ay oğul, bu qonaq kimdi? Siyavuş da yarı zarafat, yarı ciddi dediki, dədəmdi, gəldi səni xilas elədi. Bax, dədə söhbəti ordan başladı. OndaSiyavuş mənə bir şeir də yazdı:

Ya Rəbb, bu nə səsdi, yandıağız, dil,

Həsrətin yolunu illərə saldı.

Sökülən bir sinə, tikilən birev

Adımı, sanımı çöllərə saldı.

Arazın yolunu daşdan eylədi

O tayı, bu tayı huşdan eylədi.

Durna qatarını köçdən eylədi,

Göylərdən endirib düzlərəsaldı.

Gözümü yaş boğdu, dağlarıduman,

Ömürdən keçdi ay dad, ay aman.

Laçın Siyavuşu Qartal Süleyman,

Dağlardan endirib çöllərəsaldı.

Bax, beləcə Dədə söhbətibaşladı. 40 ildi bu adla yaşayıram. Kim də deyir pul havax olajax, deyirəmtorpaxlarımız qayıdanda. İndi borcumuz el-obanın toyunu şenləndirməkdi.

- Dədə, sənət yoldaşlarınızdan ənçox kimə ürək qızdırmısınız, kimə sirr vermisiniz?

- Ən birinci rəhmətlik İslamRzayevə. Rəhmətlik məni 3-cü 4-cü kursda oxuyanda getdiyi toylara özüyləaparardı.

Deyərdi ki, Sülü, getdikMaştağaya, getdik Nardarana. İslamdan sonra Yaqub Məmmədovnan yoldaşlıq eləmişəm.

Ölənəcən qoymamışam əlini cibinəsalsın, çaypulu versin. Düzdü, rəhmətlik bir az simic idi, amma onun səsindənötrü ölürdüm. Atam da çox istiyirdi rəhmətdiyi. Kəndimizdə çox olmuşdu. Saa birşey də deyim, qoçəhmədlilər pul xarşdıyandı.

Rəhmətlik Seyid maa deyirdi ki,Qoçəhmədli toylarından çuvalnan pul gətirirəm. Bu camaat yaxşı oxuyana yaxşı dapul xarşdıyır.

- Dədə, mən bilirəm ki, səninoğlun Cümşüd də oxuyur. Onun gələcəyini nə təhər görürsən? Süleyman ola biləcək?

-Yox, heç vaxt ola bilməyəjək. Çünki biz sənətə əziyyətlə gəlmişik, öyrənə-öyrənəgəlmişik. Bunların meyli özləri özlərini aldatmağadı. Gedirlər toylara, diskləriqoyurlar, Allah verir texnikaya, toyu yola verib çıxıb gəlirlər. İndiki şadlıqevləriynən, keçmiş toyxanaların arasında yernən göy qədər fərq var. İndi kimdixanəndədən oxumaq tələb edən, mahnı sifariş verən, oxuyanın səhvini tutan?Başlı-başını saxlasındı. Azərbaycandakı şadlıq sarayları o duzsuz oxuyanlarımikrafon hesabına ətə-qana doldurub. Qarmon çala bilməyən gedib oxuyur, nağaraçala bilməyən gedib oxuyur, tar çala bilmir, gedib oxuyur. Əl boyda mikrafonunhesabına olur oxuyan. Onlara da qol-qanadı şadlıq evlərinin yiyələri verir. Fonoqramma oxuyanların anasını ağladır. Şadlıq evləridi də,nə istiyirsən oxu. Saa heç kim heç nə demiyəjək. Keçmiş məclislər keçmişdəqaldı. Qız oxuyanlar da ki, tay ağını çıxardıb. Bu haram puldu. Mən diskhesabına oxuyanlara pis mənada yox, ağsaqqal kimi deyirəm, özlərinialdatmasınlar. Səsləri yerində olmayanda oxumasınlar. Halallığı unutmasınlar...

- Dədə, mənə konkret cavab ver.Oğlun Cümşüd bu yolu axıra kimi gedəcək, yoxsa yox?

- Maa elə gəlir ki, yox. O, buoyunlara dözə bilməyəjək. O, bu meydanın adamı döyül. Mən ona həmişə sözümüdeyirəm.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.