Müğənnidən açıqlama: "Cəbhə" gəlib məni AzTV-dən işdən çıxartdı
Xalq artisti Brilliant Dadaşova maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Gül kimi şou" verilişində deyib. Müğənni sənətə yeni gəldiyi vaxltlarda başına gələnlərdən danışıb:
"Qarşımı kəsmək istəyən insanlar olub. O zamanlar bəstəkar Rafiq Babayev mənə atalıq, qardaşlıq edib. Bəzi şeyləri Rafiq müəllimə deməyə utanmışam kı, mənə nələrsə söylədilər və ya evimizə zəng gəldi... Amma zaman tapıb bunlar az da olsa Rafiq müəllimə sızdırırdım. 1986-cı ildə universitetdə oxuduğum illərdə Rafiq Babayev məni Azərbaycan Televiziyasına solist götüzdürdü. Hələ birinci kursu bitirməmiş AzTV-nin solisti idim. Çox gözəl günlər idi... Böyük şərəf idi ki, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun solist olduğu məkandayam.
Sonra “cəbhə” gəlib məni AzTV-dən işdən çıxartdı. 1988-ci ildə “Haydı-haydı igidlərim birləşin” mahnısını oxumuşdum. O zamanlar AzTV-nin rəhbərliyi mənə bu mahnını oxumağıma görə, töhmət verdi. Dedilər ki, bir daha belə şeylər təkrar olmasın.
İllər əvvəl Mərkəzi Komitədə Fikrət Əhmədov adlı şəxs incəsənət nümayəndələrinə nəzarət edirdi. Günlərin bir günü bəstəkar Faiq Sücəddinovla onun evinə getdik. Onun gənc qızı Mehriban Əhmədova “Ay gözümün nuru anam” adlı mahnını bəstələmişdi. Fikrət Əhmədov oxumağıma qulaq asandan sonra dedi ki, çox təsirləndim. Söylədi ki, "birdən qarşını kəsən, sataşan olsa, mənə mütləq de. Bəzi vəzifədə oturan insanlar bizim gənclərimizin qarşısını alırdı. Dedi ki, qızım Mehribana, ya da Faiq Sücəddinova de, mənə çatdırsın. Sənin qarşını kəsən insanın qulağını buraram". Sonradan elə insanlar oldu, amma demədim".
Dadaşova Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra yenidən AzTV-də solist kimi çalışmağa başladığını əlavə edib.
Emin