"Nağıl qəhrəmanı" Trampı təhdid etdi - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
156 | 2025-07-29 10:48

Bekarçılıqdan başı  kompyuter oyunlarına qarışan Rusiyanın keçmiş "podstavnoy" prezidenti, hazırda Təhlükəsizlik şurasının "sədr müavini"  kreslosunda oturan Dmitri Medvedev, "X" sosial şəbəkəsində, guya öz aləmində  ABŞ prezidenti Donald Trampa xox gəlib.

 Birləşmiş Ştatların prezidenti dünənki çıxışında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən paytaxt Kiyevi bombaladığına görə, Putindən narazı  qaldığını bildirib və ona verilən 50 gün vaxtı, 10 günə endirdiyini bəyan edib. 

 Trampın ultimativ bəyənatı, sosial şəbəkələrin  "nağıl qərəmanının" xoşuna gəlməyib və öz səhifəsində bildirib ki, ABŞ prezidentinin bu addımı "onun öz ölkəsi ilə müharibəyə səbəb ola bilər". 

  "Tramp Rusiyaya qarşı 50 gün, 10 gün ultimatum oyunları oynayır. ABŞ prezidenti iki məsələni yadda saxlamalıdır: Birincisi-Rusiya İsrail deyil, heç İranda deyil. İkincisi-hər yeni ultimatum təhdləri müharibəyə doğru atılmış bir addımdır, özü də, Rusiya- Ukrayna müharibəsinə yox, onun öz ölkəsinə qarşı"- deyə Medvedev "X" sosisal şəbəkəsində yazıb. 
 
  Yadıma  bir qohumum düşdü. 15-20 ilin söhbətidir. Maşın sürməyi kompyuterdə öyrənən bu qohumum təzə maşın almışdı. Bir məclisdən çıxanda məni evə aparası oldu. Şəhərdə maşınların arası ilə sağa-sola təhlükəli manevrlər edir, , çoxsaylı qəza vəziyyəti yaradlrdı. Dedim, "qaqa çox təhlükəli maşın sürürsən, bir az ehtiyatla sür". Dedi "kompyuterdə hələ mənim maşınımı keçən olmaylb". Yaxşı ki, ev yaxın idi, sağ-salamat evə çatdıq. Lakin, aradan bir ay keçməmişdi,  ağır qəza törətdi, maşına ciddi ziyan dəysə də, şükür  ki, maşındakılar  ciddi xəsarət almamışdı...

 İndi, Rusiya təhlükəsizlik şurasının "nağıl qəhrəmanı", öz aləmində, ABŞ siahlı qüvvələrini kompyuterdə "əzib keçdiyi Somalinin lox əsgərlərinə" bənzədir və üç il yarımdır Ukrayna ilə müharibədə dolaşıb qalan rus ordusunun ABŞ-ı "əzib keçəcıyini" güman edir.

 Dmitri Medvedev Rusiya prezidentinin ətrafında toplaşan yeganə "nağıl qəhrəmanı"  deyil. Xarici işlər naziri Sergey Lavrov da, ona bənzər bəyənatla çıxış edib. Lavrov, "Teoriya smıslov" (Mənalar nəzəriyyəsi) forumunda bəyan edib ki, "Rusiya Qərblə  təkbaşına döyüşür".  Rusuya XİN rəhbəri, deyəsən Ukrayna müharibəsində onlarla birgə vuruşan müttəfiqləri,  KXDR hərbiçilərini ya unudub, ya da onları saya salmır.

 "Bizim işimiz as deyil. Əsas işimiz- düşmənə qalib gəlməkdir. Rusiya, tarixində ilk dəfə bütün Qərbə qarşı təkbaşına döyüşür"- deyə rusiyalı diplomat bildirib.

  Həə,  ta Rusiyalı "nağıl qəhrəmanlarının"  bu "təhdidlərindən" sonra, inandlğımız haqqı Ağ  Evin sahibi Donald Tramp "qorxusundan" yata bilmətəcək...

 

 

TƏQVİM / ARXİV