NASA-dan böyük uğur: 350 milyon kilometrlik məsafəyə məlumat ötürüldü

NASA kosmik rabitə sahəsində mühüm nailiyyət əldə edib.
Adalet.az xəbər verir ki, ABŞ-ın Cənubi Kaliforniyadakı Jet Propulsion Laboratory (JPL) tərəfindən idarə olunan "Psyche" kosmik gəmisi Yer planetindən 350 milyon kilometr uzaqda lazer şüası ilə məlumat qəbul edib və cavab göndərib. Bu, planetlərarası rabitə üçün yeni dövrün başlandığını göstərir.
NASA-nın "Deep Space Optical Communications" texnologiyası çərçivəsində sınaqdan keçirilən lazer siqnalları Günəş sistemi boyunca yüz milyonlarla kilometr məsafəni qət edərək uğurla qəbul olunub.
Bu, Yerlə Mars arasındakı orta məsafədən də böyükdür.
Ənənəvi olaraq kosmosda radio dalğaları ilə ünsiyyət saxlanılır. Lakin lazerlər daha yüksək sürətli məlumat ötürmə imkanı verir. Mütəxəssislər bildirirlər ki, bu texnologiya Marsa göndəriləcək gələcək insan missiyaları üçün yüksək dəqiqlikli video və məlumat ötürülməsini mümkün edə bilər.
Digər Xəbərlər

Ordumuz Qarabağda min illik hərbi taktikadan istifadə edibmiş - VİDEO

Onların Samonqu, bizim Arzu... - VİDEO

Fironun 3 min illik qolbağını oğurlayıb əritdilər

Formula 1 pilotları qutab bişirdi - VİDEO

Minlərlə turistin axın etdiyi Bakıda o gündəm oldu - VİDEO

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ
