Nazirlik internet probleminin səbəbini açıqladı

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Bu barədə Adalet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib.
Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.
Digər Xəbərlər

"Bakcell"in meqa lotereyasının qalibi bəlli oldu!

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış etdi - FOTOLAR

Google on ildə ilk dəfə loqotipini YENİLƏDİ

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTOLAR

“Bakcell”dən böyük lotereya - 14 prestijli avtomobil və dəyərli hədiyyələr
