“Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu nəşr edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşri işıq üzü görüb.
BBMM-in mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, “Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar hazırlanıb.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Multikultural əhvalın, tolerant durumun klassik Azərbaycan ədəbiyyatımızda əsrlər boyu formalaşan və konkret bədii nümunələrdə yaşayan təzahürü çoxşaxəli və çoxistiqamətlidir. Bu kontekstdə ilk olaraq böyük mütəfəkkir Nizami Gəncəvinin həyatı və yaradıcılığı diqqəti cəlb edir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizaminin əsərləri multikultural mühit, çoxmədəniyyətlilik elementləri və dəyərləri ilə zəngindir. BBMM-in nəşri olan məqalələr toplusunda da Nizami Gəncəvinin çoxçalarlı yaradıcılığı əsasən multikulturalizm və tolerantlıq prizmasından nəzərdən keçirilir. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxlamaqdadır. Multikulturalizm Mərkəzinin təqdim etdiyi məqalələr toplusunda dahi Nizami irsinin ümumbəşəri dəyərlər aspektindən nəzərdən keçirilməsinə çalışılıb.
Nəşrdə altı ölkədən (Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Türkiyə) 20-yə yaxın müəllifin elmi və publisistik məqalələri toplanıb. Nəşrin elmi redaktoru və ön sözün müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, layihə rəhbəri BBMM-in İcraçı direktoru Rəvan Həsənov, redaktorlar Multikulturalizm Mərkəzinin əməkdaşları Fəxri Uğurlu və Tahir Kazımlı, nəşrə məsul BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovdur.
Digər Xəbərlər
05 Yanvar 2026 17:31
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub - FOTOLAR
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36


Bakı -°C

