adalet.az header logo
  • Bakı -°C

"Növbəti hədəf Qrelandiyadır" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
315 | 2026-01-05 08:32
A- A+

The New Times qəzeti, Venesuelanın yüksək çinli məmuruna istinadən verdiyi xəbərə görə, ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolasın həbsi nəticəsində 80-ə yaxın hərbiçi və mülki vətəndan həlak olub.    

"Mütləq qətiyyət" (Absalyute Resolve) kod adlı əməliyyat zamanın amerikan hərbiçilərindən bir neçə nəfər yaralanıb, həlak olan yoxdur.

"ABŞ hərbiçiləri arasında həlak olan yoxdur"-deyə ABŞ prezidenti Donald Tramp, Mar-a-Laqodakı rezidensitasından əməliyyatın gedişini izləyərkən bəyan edib.

Pentaqonun Qərərgah rəisləri komitəsinin rəhbəri, general Den Keynin bildirdiyinə gprə, 2 saat 20 dəqiqə davam edən əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro, qalın metal qapı arxasındakı bunkerdə gizlənməyə cəhd edib, lakin amerikan xüsusi təyinatlıları ona qaçıb gizlınməyə imkan verməyiblər. Vaşinqtondan bildirilən məlumatda qeyd olunur ki, yerli vaxtla səhər saat 4 radələrində başlayan hücum zamanı Maduro öz yatağında yaxalanıb.

ABŞ-ın  Döpvlət katibi Marko Rubio bildirib ki, hücum zamanı Maduronun kubalılardan ibarət şəxsi mühavizəçilərinin əksəriyyəti məhv edilib.

 Karakasda prezident Nikolas Maduronun tutulması  əməliyatından sonra, "ihama" gələn ABŞ prezudenti Donald Tramp bəyan edib ki,  adanın ətrafı Rusiya və Çin hərbi gəmiləri ilə əhatə olunub. Ona görə də, Birləşmiş Ştatların müdafiəsinin gücləndirilməsi üçün "bizə mütləq Qrelandiya lazlmdlr. O bizə müdafiəni gücləndirmək üçün lazımdır"- deyə bəyan edərək, açıq şəkildə növbəti hədəfini açıqlayıb. 

Tramp Qrelandiyanı zəbt  etmək üçün, ABŞ hərbi qüvvələrinin yaxın vaxtlarda adanın ətrafına yerləşdirə biləcəyini  istisna etməyib.

Görünən odur ki, BMT və s. kimi yekə-yekə beynəlxalq haqq-ədalət, beynəlxalq hüquq institutları, sadəcə olaraq hegemon dövlətlərə, kiçik dövlətlərə təyziq vasitəsindən başqa bir işə yaramırlar....

 
 

TƏQVİM / ARXİV