12 Iyul 2024 19:02
395
GÜNDƏM

“O, Ağdama gələnə qədər səngərlər palçığın içindəydi” - Aqil Abbas

“Raquf Orucov xalq qəhrəmanıdır, heç vaxt unudulmayacaq. O, Ağdama komandir göndərilənə qədər səngərlərimiz palçığın içindəydi, hərbi sığınacaqlar normal deyildi".

Bunu Bakupost.az -a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Raquf Orucov haqqında açıqlamasından deyib.

O, şəhid polkovnik-leytenantın Ağdamda ön xətdəki səngərlərdə kifayət qədər işlər gördüyünü deyib:

"Raqif gələn kimi səngərlərdə abadlıq işləri apardı, istehkamlarımızı möhkəmləndirdi”.

Millət vəkili Raquf Orucov və digər qəhrəmanlardan bəhs edən filmin senarisini Mədəniyyət Nazirliyinə təqdim etdiyini bildirib:

“Bu filmdə “Dolu”dakı kimi ümumiləşdirilmiş qəhrəmanlardan söhbət gedir. Bu bədii filmdir və orda Raquf Orucovun da obrazı var. Nazirlik isə ssenarinin sentyabrda təsdiq olunacağını bildirib”.

Qeyd edək ki, bu gün 2016-cı il Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.