O Artak Beqlaryanı tapın, verin mənə, soruşacaqlarım var... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
4964 | 2023-10-16 12:24

Separatçı, s” artsax”ın keçmiş “dövlət naziri” Artak Beglaryanı tanımayan yoxdu.

Deməli, bu adamaoxşamaz, hələ də Azərbaycanın qəti qələbəsini qəbul və həzm edə bilmir.  X mikrobuloqunda (Tvitterdə) bununla bağlı  tez-tez paylaşımlar edir.  O növbəti paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın rayonlarında və Xankəndidə olmasını bu ərazilərə bayraq sancmasını da faciə ilə qarşılayır. Yazır:“Heç nə Qarabağın yerli əhalisinin soyqırımını və onların qədim vətənlərinin işğalını qanuniləşdirə bilməz. Əliyev və bu beynəlxalq cinayətin bütün günahkarları ədalət qarşısında cavab verməlidirlər”.

 İndi dövlət başçısı bunu da darta gətirə Bakıya, deyə ki, Əntiqə, Artakı sən başa sal. Alaram əlimə şəpitimi, düşərəm bunun canına:

- De görüm, qurub-quraşdırdığınız qondarma rejim 30 ildir deyil , var?Hardan oldun “qədim” ?, De görüm, Qarabağda erməni olduğuna görə kimin  xətrinə dəyildi? Kim öldürüldü, başının dərisi soyuldu, qadınların qarnı yarılıb, körpələr süngüdə çıxarılıb, ge görüm, hansı əsir düşmüşünüzü tankın arxasına bağlayıb dağları –dərələri sürütdürüb hər tikəsini bir daşda qoyduq?  Hansı körpə qızı zorladıq,  hansı öldürülmüş uşağı itlərin qabağına atıb yem etdik, şəhidlərimizin qəbri üstə erməni başı kəsdikmi? 

Ermənilər Qarabağı ona görə tərk etdilər ki, son 35 il də azərbaycanlılara qarşı etdikləri pisliklərindən qorxub qaçdılar, utanmaq yox e, məhz qorxub qaçdılar.  Qarabağı  tərk edən ermənilər varını dövlətini  maşınlara yüklədi, qoyun-quzunu qabağına qatıb  rahatlıqla Ermənistana keçdilər. Deyə-gülə... Hətta yolda əziyyət çəkənlərə ordumuz humanitar yardımlar verdi: yemək, ərzaq, tibbi müdaxilə...

Əgər düşünürsən ki,  ermənilər Qarabağın qədim vətəndaşıdır, o zaman “qədim vətəndaşlar” da doğma yurdunu qoyub qaçardımı? Əgər ona işğəncə, aşağılama, döyülmə, öldürülmə münasibəti  göstərilmirsə, kimsə”gözün üstə qaşın var” demirsə, bu “qədim vətəndaş” niyə qaçır?

 

 Yeri gəlmişkə bu həmin şər ocağıdır ki, sosial şəbəkə hesabında bir dəfə yazmışdı ki,  Azərbaycan hərbçiləri erməni əsgərlərin orqanlarını yeyirlər və buna görə Prezident İlham Əliyev onları mükafatlandırır.

 Elə şəpitimlə də bunun mənasız, yalançı, şərçi, böhtançı, paxıl  həyatına son verərəm.

TƏQVİM / ARXİV