adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2016 17:39
11077
MARAQLI
A- A+

Ölmək bilməyən Rasputin

Qriqori Rasputin Rusiya İmperiyasınınTobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində Efim Vilkin və Anna Parşukovanın ailəsində anadan olmuşdur. O,Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur.Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.

Qriqoriy Rasputin Rusiya tarixində gözlənilmədən peydə olub. Rasputini İmperator sarayına Çar ailəsinin bədbəxtliyi gətirmişdi. Rasputin uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məhşurlaşmış bir mistik idi. Belə ki, varis Aleksey hemofiliya xəstəliyindən əziyyət çəkirdi.(hemofiliya- qanın laxtalanması xüsusiyyətinin pozulması xəstəliyi) 

İmperiyanın ən yaxşı həkimlərinin imperator ailəsinin varisinin dərdinə dərman tapa bilmədiyini görən Çar ailəsi xalq təbiblərinə müraciət etməyə qərar verdi. Müxtəlif təbiblər, loğmanlar könüllü olaraq saraya gələrək Aleksandra kömək etmək istəyirdilər, lakin onların içindən yalnız Rasputin bunu etməyi bacardı. Bunu izah etmək mümkünsüz olsa da, Qriqori həmişə uşağının qanını saxlamağa və onu müxtəlif xəstəliklərdən sağaltmağa nail olurdu. Təsadüfi deyil ki, Rasputin Çar ailəsinin sevimlisinə və İmperator sarayının əvəzedilməz üzvünə çevrildi.

Rasputin əsl həyatda heç də yaxşı vərdişlərə malik adam deyildi. O, sarayda içki içir, bütün gününü eyş-işrətlə keçirirdi. Onun saraydakı nüfuzu hamıya bəlli olduğundan xanımlar onu "ələ alaraq” birbaşa idarəetmə işlərinə qarışırdı. Çar Nikolay isə, oğlunu ölümdən qurtarmış Rasputinin sözlərindən çıxa bilmir, onun hər bir sözünü əmr kimi qəbul edirdi. Rasputinin sözü ilə nazirlər dəyişir, yüksək rütbəli məmurlar işlərindən azad edilirdilər. O, özünə sərf eləyən maliyyə kombinasiyalarını həyata keçirir, rüşvət müqavilində öz nüfuzundan istifadə edərək Çara "məsləhət” verirdi. Çar hökümətinin süqutu sürətlənirdi, dövlət böyük fəlakətə daha da yaxınlaşırdı.


Bu hadisələrdə sonra Rasputin bir məclidə olubmuş. Onun şərab və tortuna zəhər qatıblar. Lakin heç bir təsiri olmayıb. Bir məclisdə isə, adamlardan biri təklikdə onu arxadan bıçaqlayıb və öldüyünü fikirləşib otaqdan çıxıb. Sonra paltosunu unudan qatillərdən biri otağa qayıdanda onun hələ də sağ olduğunu görüb və boğmağa başlayıb. Tərpənməz halda olsa da yenə də onun nəfəs aldığını görüblər. Daha sonra otağa girən digər qatillər onu daha 3 dəfə bıçaqlayıblar, amma Rasputin yenə də ayağa qalxmağa çalışıb. Bu zaman ony beyzbol çubuqları ilə vurmağa başlayıblar və kəfənləyib çaya atıblar. Sonradan ekspertizada məlum olub ki, Rasputin çayın soyuq olmasından dünyasını dəyişib...