20 YAŞLI Səxavət Abbasov
2000-ci il aprelin 25-də Xırdalan şəhərində dünyaya göz açıb. Müharibə başlayanda 20 yaşı vardı...
20 yaş... Sən hələ həyat anlamağa başlayırsan. Arzuların xəyallara qarışdığından xəbərin yoxdu. Hələ nənən səni əzizləyir, ata-ana “uşağım” deyir. 20 yaş... Sən hələ ömrün ən gözəl çağında olduğunu bilmirsən. 20 yaş... Və sən torpaqlarının düşmən əlində olduğunu bilirsən. Bu səni rahat yatmağa qoymur. Sənin üçün xoşbəxtlik ərazi bütövlüyün, torpaqlarının azadlığıdır. Səxavət Rizvan oğlu Abbasov belə düşünürdü. “Hərbi xidmətini çəkib gəlmisən, tək övladımsan, getmə, səni aparmayacaqlar” deyən anasına “Gizlənim belə gündə? Sonra necə yaşayım? Gedəcəyəm” demişdi inadla.
Səxavət fərqliydi.
2007-2018-ci illərdə təhsilaldığı, məzunu olduğu Xırdalan şəhər 1 saylı tam orta məktəbin müəllimləri də, sinif yoldaşları da belə deyir: Şagird olandan fərqliydi, elə bil yaşı çoxdu. Yetkin insan kimiydi. Şən, zarafatcı lolsada, hərəkətlərini, sözünü ölçüb–biçərdi, yersiz bir söz deməz, bir hərəkət etməzdi.
Tarix müəllimi Nübar Məhərrəmova: Universiteti təzə bitirmişdim məktəbə işləməyə gələndə. Səxavətin indiki yaşındaydım. Onda Səxavət 5-ci sinifdə oxuyurdu. Sonralar onun sinifrəhbəri oldum. Tarixi çox oxumasa da ona aşağı qiymət verə bilmirdim. O qədər mədəni, təmkinli, intizamlı idi. Hamıya qarşı beləydi. Birdəfədəkobudluqluğununşahidiolmadım. Bütüntədbirlərdəiştirakedərdi. Əslində məzunun haqda keçmiş zamand danışmaq çətindi. Ağlıma gəlməzdiki, bir gün onun yazdığı tarixi keçəcəm. Kədərlidi, amma zəfər tarixi yazdılar.
Yaşadığı küçə indi Səxavət Abbasovun adınadı. Anası Maisə xanım Xırdalandakı 2 saylı uşaq baxçasında tərbiyəçi-müəllimdir: Fərqli dünyası vardı Səxavətin. O yaşda uşaqlar xarici müsiqilərə qulaq asır. Səxavət Rəşid Behbudova, Şövkət Məmmədovaya, Rübabə Muradovaya qulaq asırdı. Kursa getmişdi, özü də həvəsli idi, gitarada çalırdı. Mənim bütün dünyam idi Səxavət.
Müddətli hərbi xidmətini Tovuzda keçib. İkinci Qarabağ savaşı başlayanda artıq xidmətini başa vurmuşdu Səxavət. Kimsəni dinləmədən könüllü qatılıb savaşa. Apşeron rayon HK-nın həyətindən evə gəlməyib.
– Yeganə övladımdı. Getməyə bilərdi. Anayam “Təkuşaqsan, sənsiz neyləyərəm?” sözümədə “ana, niyə narahat olursan? Müharibədi, haqq savaşıdı, bütün uşaqlar gedir. Oğlunda döyüşəcək. Bundan qürur duymalısan”. 27-də onu aparmadılar. İlk şəhid gələndə özünə yer tapmadı. Hərbi komissarlığın həyətindən çıxmırdı, təkcə hərbi biletini götürmək üçün gəldi evə, otağa belə keçmədi.” – dedi ana. Səxavətin məktəb yoldaşlarının çoxu könüllü yazılmışdı cəbhəyə.
Sentyabrın 29-da savaşa gedənlərin arasında idi. Yola düşəndə üzündəki sevinclə qalıb dost-tanışın yaddaşında. Döyüşlərdə də fərqlənib Səxavət. Düşmənin onlarla canlı qüvvəsini, texnikasını məhv edib. Təkcə mərdliklə döyüşməyib, neçə-neçə yaralını xilas edib. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd uğrunda döyüşüb Səxavət Abbasov. Sonuncu döyüşü Füzuli rayonu ərazisindəki Ərgünəş dağı ətrafında olub. Bu döyüşlərdə dostu Rəşad Mehdiyev yaralanır. Səxavət ona kömək etməyə çalışarkən minamyot qəlpəsindən ikisi də şəhid olur. Oktyabrın 20-də.
Yeganə övladını itirən ananı düşünürəm. Təsəlli vermək, necə yaşadığını soruşmaq istəyirəm. Amma necə soruşum? Fikrimdən keçənləri hiss edir: – Çox çətindi. Necə yaşayacığımı da bilmirdim heç. Qardaşım təcili yardımda işləyir. Bir gün bir qazidən, onun ağrılarından danışdı. “Elə yaxınları da yoxdu, cavan ailədi, bəlkə onlara baş çəkəsən?-dedi.
Onlara getdim.Tanış oldum. Sonra başqa qazilərlə də əlaqə yaratdım. Arada görüşürük. Novruz bayramında qara bayram eləmədim oğluma. Oğlum bütün xalqa bayram yaşadıb. Niyə qara olsun ki, bayramı? 8 xonça düzəltdim. Gücüm çatan nə varsa aldım. Şirniyyat bişirdim. Bayram günlərində qazilərimizin yanına getdim. Artıq doğmalaşmışıq. Qazilərlə görüşməkdən təskinlik tapır Maisə xanım: Heç biri Səxavət olmasa da, hər biri Səxavətdi elə bil.
İkinci savaşın 20 yaşlı könüllüsü “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.