22 Aprel 2025 09:18
114
MƏDƏNİYYƏT

“Oskar”ın növbəti təqdimetmə mərasiminin vaxtı açıqland

“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.

Adalet.az apa-ya istinadən xəbər verir ki, bu barədə 21 aprel tarixində Kino Sənətləri və Elmləri Akademiyasının mətbuat xidməti məlumat yayıb.

    ““Oskar” mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də, bazar günü, ABŞ-ın şərq vaxtı ilə saat 19:00-da canlı olaraq ABC kanalında yayımlanacaq”, - deyə məlumatda qeyd olunub.

    Bundan əlavə, Kino Akademiyası vurğulayıb ki, filmlərin çəkilməsində süni intellektin istifadəsi namizədlik şanslarına təsir etməyəcək. Lakin qiymətləndirmə zamanı yaradıcı müəlliflik dərəcəsi nəzərə alınacaq.