20 Oktyabr 2024 20:33
89
DÜNYA

Polşada 20-dən çox maşın toqquşdu - Xeyli sayda ölən və yaralanan var

Polşanın Qdansk şəhərinin şimalında, S7 şossesində 3 yük maşını ilə 18 minik avtomobilinin toqquşması nəticəsində ağır qəza baş verib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Qəzaya yük maşınlarından birinin sürücüsü səbəb olub. Ona qarşı cinayət işi açılıb.