Cərimələrin artırılması...
Son vaxtlar bir çox qanun pozuntusuna görə cərimələr artırılıb.
Məsələn, maşından ətrafa hər hansı əşya atmağa görə 200 manatdan 2000 min manat cərimə nəzərdə tutulub. Bir sözlə, əksər sahələrdə cərimələr yüksəlib. Bu isə hər bir insanın məsuliyyət hissini artırmalıdır. Amma heç də cərimələrin yüksəlməsi problemləri həll etmir.
Ümumiyyətlə, cərimələr və inzibati metodlar ona deməyə əsas verir ki, mövcud problemlər bir o qədər də asanlıqla həll edilməyəcək. Deməli, məsələnin həlli yolu insanların düşüncəsində dəyişikliyin baş verməsidir.Başqa sözlə demiş olsaq, problemləri inzibati yolla yox, ancaq ictimai şüurda dəyişiklik etməklə çıxış yolu tapmaq olar!Deməli, bizim hər birimiz öncədən qanunlara əməl etməli, düşüncəmizdə dəyişiklik etməliyik!
Emil Faiqoğlu