Toya gəlmişik...
"MTV" televiziya kanalında efirə gedən verilişin adı belə adlanır:" Toya gəlmişik".
Heç bir verilişə bənzəməyən bu çəkiliş pedaqogika üzrə fəlsəfə doktoru , şairə Aynur Qafarlının təqdimatında bizə göstərildi. Laçındakı toydan çəkilmiş bu veriliş sözün həqiqi mənasında duzlu- istiotlu idi. Çünki Aynur xanım və yaradıçı komanda bu verilişin gözəl, unikal alınması üçün ürəklərini qoymuşdular. Sevindirici hal odur ki, onlar bir ailənin sevincini xalqımızın sevincinə çevirməyi bacarmışdılar.
Biz uzun illər Laçında top, güllə, bomba səsi eşitmişik, amma indi isə musiqi səsi, toy, insanların sevincini görüb eşidirik.Nə gözəl! Laçında toy eləmək özü bir xoşbəxtlikdir.Və gözəlliyi, bu xoşbəxtliyi yaradıçı heyyət çox yüksək peşəkarlıqla tamaşaçılara çatdıra bilir. Həmin verilışin ilk dəqiqəsindən son anına kimi çox böyük həvəslə izlədim. Və sevindim ki, Aynur Qafarlı istedadlı elm adamı, şairə olmaqla yanaşı, həm də gözəl televiziya aparıcısıdır.
Bu münasibətlə Aynur xanımı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. Və hər bazar günü saat 19:00- da" MTV" televiziya kanalında Aynur Qafarlının təqdimatında bu verilişə baxa biləcəyik!
Emil Faiqoğlu