Prezident: Azərbaycanda bu, daim diqqət mərkəzindədir
Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir.
Adalet.az bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransının iştirakçılarına müraciətində yer alıb.
Bu gün də Azərbaycan qadınlarının elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verdiklərini qeyd dövlətimizin başçısı vurğulayıb: "Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.
Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur".
Digər Xəbərlər
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 16:35
IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb
19 Iyun 2026 15:42
Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
19 Iyun 2026 13:41
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
19 Iyun 2026 13:26
İlham Əliyev: Əziz Əliyev dağıstanlıların deportasiyaya məruz qalmaması üçün çox iş görüb
19 Iyun 2026 12:37
“İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir...”
19 Iyun 2026 12:32
Zelenski Rusiyanın "atasına od qoyur" – Politoloq
19 Iyun 2026 12:30


Bakı -°C

