Prezidentin köməkçisi Fəxrəddin Altunla fikir mübadiləsi apardı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

İlham Əliyev Ərdoğana zəng etdi

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

"Türkiyə hər zaman Azərbaycanın yanındadır" - Hakan Fidan
