Prospektdə nəqliyyatın hərəkəti bərpa olundu - FOTOLAR

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.
Digər Xəbərlər

Xaçatryanın Rusiyada qeyri-adi sərgüzəti: 150 avtomobili...

"16 nəfərin ölümünə səbəb olan etil spirt məsələsi araşdırılır" - Teymur Musayev

Göygöldə DƏHŞƏT! Qadın və bətnindənki uşaq doğuş zamanı öldü
