Qadınları hədəf alan "kişicik"lər,  o, anadır, baçıdır, qız övladıdır...

Əntiqə RƏŞİD
3049 | 2023-07-31 11:06

Dünyada ən iyrənc şey bir kişinin bir qadını hədəf alması, cəmiyyətdə patriaxal qayda-qanunlara güvənərək, "kişi" olduğunu düşünərək qarşısındakına qalib gələcəyini düşünməsidir və hücuma keçməsidir.

Təbii ki, belə bir cılız düşüncəli, "qalib" ədalı, məni "məhv edəcəyini düşünən" bir "kişi" də məni hədəf almışdı. (Yox, bildiyiniz baş redaktor deyildi...ona yaxın biri...)

Məni "sındırmağa", jurnalistikadan perik salmağa çalışan biri , deyək...

Bir gün FB onun haqqında gileyli bir status yazdım. FB dostlardan biri soruşdu ki, bu kişi də erməni qanı qarışıq biridir? Cavab verdimki, yox,  erməni qanına qarışacağı yoxdu, amma ermənidən beş betərdi...

Qarabağ qəzetindən işdən 2 ay idi çıxarılmışam, (2020-ci ilin yanvarı) yeni iş yerinə yenicə isinişmişəm... Redaksiyamızın bütün jurnalistlər ilə otaqda növbəti qəzetimizin müzakirəsini aparırıq. Elə bu zaman həmin "kişicik" içəri girdi. Qoltuğunda da FB yazdığım həmin statusun və rəyin "skrenləri" . Barmağını mənə uzadaraq dediyi söz bu oldu: "Burda yekə bir yolxucu xəstəlik var".

20 -yə yaxın , hamısı kişi jurnalist qeyri ixtiyarı barmağın göstərdiyi tərəf baxdı. Yeni iş yeri, tək qadın jurnalist, düşündüm həmin an: Ay Allah bu iyrənc, şər təbəqəsindən özümü necə qoruyacagam?

Elə bu vaxt Aqil Abbas əlindəki qəzet səhifəsindən gözlərini ayırıb, səhifəni  oxumağını dayandırdı. Bir həmin "kişiciyin" bərəlmiş gözlərinə, hücuma hazır vəziyyətinə, təhqirə, iyrəncliyə məxsus ağzına baxdı. Bir də susub məlul məlul baxan mənə... Təəccüblə soruşdu: Sən kimə deyirsən, yolxucu xəstəlik?

"Kişi" yenə barmağını mənə tuşladı: Odey , bax o virusa...

Aqil müəllim bir də dönüb mənim üzümə baxdı. Əlbəttə, mənim qorxacaq tərəfim yoxdu, stolu başına çaxacaq qədər hazır vəziyyətdəyəm... Amma bura bir evdir, ailədir və bu ailənin başçısı hadisəni canlı izləyir. Mən ora işə gələndə məni tamamilə öyrənib, araşdırıb, soruşub. Əgər mən burda işləyirəmsə, bu ailənin üzvüyəmsə, deməli,  ailənin başçısı mənim əvəzimdən cavab verəcək!

Susdum. 
"Kişi" orda nəsə "vidiliyib" tökür, əleyhimə "nankor", "Qarabağ qəzetinə xəyanət edən", "Qarabağ qəzetini biabır edən" kimi təhqiramiz ifadələrlə susmur. Bir anın içində Aqil Abbasın səsi "kişinin" səsini "xırp" kəsdi. 
Mən gözləmirdim ki, belə müdafiə olunam. "Kişi" gözləmirdi ki, Aqil Abbas 40 ilin jurnalisti olan "kişi"ni dünən tanıdığı bir qadının "ayağına verə" .  Nələr oldu uzun uzadı yazmıram....

Həmin "kişi"  Aqil Abbasdan aldığı "payları" götürüb getdi... Demək olar ki, otaqdan, redaksiyadan qovuldu!

 Təsəvvür edirsiniz, Aqil Abbas öz böyüklüyü, KİŞİliyi ilə məni bir xətadan, bir haqsızlıqdan, bir hücumdan qurtardı...

Gözəl bir haldır ki, ətrafında, səni tanıyanların içində kişi xarakteri olan, ana-bacı qədri bilən kişilərin olması!
Qadın özünü güvəndə hiss edir!
 

Yeri gəlmişkən, bu günə qədər, buna görə Aqil müəllimə təşəkkür etməmişəm! Təşəkkür edirəm, var olun!Arxa-dayaq olduğunuz üçün, müdafiə etdiyiniz üçün!

Bu gün eşitdim jurnalist Aynur Camala da hücuma keçmək istəyən gədələr olub... Bilmirəm kimdi, nəçidir...? Buradan qadına qara yaxan, böhtan atan, ləkələmək istəyən kişilərə isə "ayıb olsun", balaca sözdü, "ölüm olsun" deyirəm!
Niyə ölüb itmirsiniz? Gücünüz qadını qaralamağamı catır?Ay düşmənə yalaq, öz millətinə düşmən olan biqeyrətlər! Yaltaq, ikiüzlü şərəfsizlər , qadın anadır, bacıdır, qız övladıdır! Sizin evinizdəki "fason"da deyil hamı......

Nə isə, Azərbaycan qadınından danışanda bir balaca kişi olun....

TƏQVİM / ARXİV