11 Iyul 2024 12:49
564
GÜNDƏM

"Xankəndidə basdırılan hərbçilərin cəsədlərini gətirin" -Yeni tələb

Ermənilər yeni proses başladıblar.

Adalet.az xəbər verir ki, Qarabağda ölən, cəsədi orada basdırılan və yaxud hələ də cəsədləri tapılmayan erməni hərbçilərinin doğmaları həmin cəsədləri Ermənistana verilməsini tələb edirlər.
Erməni mediası yazır ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağdakı antiterror əməliyyatı zamanı terrorçuluq əməlləri ilə məşğul olan, Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozan və Azərbaycan ordusu tərəfindən məhv edilən işğalçıların qohumları hökumət binasının qarşısına yığılıb. Onlar hökümətdən həmin şəxslərin cəsədlərinin eksqumasiya olunaraq Ermənistana verilməsini tələb ediblər. Ermənilər Xankəndidə baş verən partlayış nəticəsində itkin düşənlərin cəsədlərini tələb ediblər.

Sentyabrın 19-da həlak olan hərbçilərdən birinin atası jurnalistlərə bildirib ki, toplaşanların hamısı 19 sentyabr müharibəsi nəticəsində həlak olanların qohumlarıdır. Onlar Ermənistan hökumətinə dəfələrlə müraciət ediblər, amma müraciət nəticəsiz qalıb:
“İndi biz bura tələb etməyə gəlmişik, xahiş edirəm, uşaqlarımızın meyitlərinin gətirilməsini təşkil edin. Oğlumu Xankəndidəki qardaşlıq qəbiristanlığında dəfn etdik, hökumətdən diləyimiz odur ki, gərək onları eksqumasiya edib Ermənistana gətirsinlər”.

Qeyd edək ki, bir neçə gündür, ermənilər hökümət binası qarşısına yığılaraq etiraz aksiyaları keçirir. Gah Qarabağa dönməyi, orada yaşamağı düçündüklərini deyirlər, gah da orada basdırılan ölülərinin cəsədlərini tələb edirlər. Yəni çaş-baş qalıblar. Konkret olaraq hansı dövlətin “çömçə”si olmağı, hansı fikrin üstündə durmağı qərarlaşdıra bilmirlər.

 Əntiqə Rəşid