adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
25 May 2022 15:05
748
MƏDƏNİYYƏT

Qəhrəmanlıq tariximizin ekran təcəssümü: “Fətəli Xan”- 45

Azərbaycanın qəhrəmanlıq tarixini əks etdirən bir çox baxımlı filmər var ki, dövrünün uşaq və gənclərinin vətənə bağlılıq və vətən uğrunda mübarizə ruhunda formalaşmasında, mənəvi-tərbiyyəvi inkişafında əhəmiyyəti böyük olub. Mahiyyət etibarı ilə vətənpərvərliyi təbliğ edən xüsusiyyətinə görə, faciə və qəhrəmanlıq tariximizin ekran təcəssümü olan “Fətəli Xan” filmi qiymətli sənət əsəridir.

Adalet.az xəbər verir ki, bütün yaş həddlərini nəzərə alan 67 dəqiqəlik tammetrajlı “Fətəli xan” filmininin yaranmasında 45 il ötür. Filmi 1947-ci ildə Bakı kinostudiyası istehsalata buraxır. İlk dəfə həmin ilin 21 iyulunda kino-teatrlarda göstərilən film 1959-cu ilin 1 mayında Moskvada sovet tamaşaçılarına təqdim edilir.

 

Filmin mövzusu

 

Film tarixdə iz qoymuş Azərbaycan xanı, el arasında qubalı Fətəli xan kimi tanınan tarixi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunub. Beləki, 1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Əfşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycanın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.

 

Filmin yaranması

 

Azərbaycan Kinomotoqrafiya İttifaqının məlumatına görə, 1940-cı illərdə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri üçün görkəmli dövlət xadimləri haqqında bədii əsərlər yaratmağa geniş şərait yaradılır. Məhz həmin ərəfədə yazıçı Ənvər Məmmədxanlı “Fətəli xan” bədii filminin ədəbi ssenarisini yazıb kinostudiyaya təhvilverir.

Kinostudiyaya təqdim olunan ssenari müzakirə olunarkən bir sıra dəyişikliklərə məruz qalır. Sınaq çəkilişləri zamanı isə rejissorların və aktyorların təyin olunub, sonra başqaları ilə əvəz olunması kimi məqamlar hazırlıq prosesinin gedişatına öz mənfi təsirini göstərir.

18 avqust 1944-cü ildə kinostudiyanın Bədii Şurası filmin rejissor ssenarisini tənqid hədəfinə çevirirlər. Rejissorlara düzəlişlər aparmaq tövsiyə edilir və bundan sonra filmin çəkilişinə icazə verilir.

 

Filmin yaradıcı heyəti

“Bakı kinostudiyasının pavilyonunda filminin çəkilişləri başlandı. Filmin ssenari müəllifi Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, quruluşçu rejissor Yefim Dziqan, quruluşçu operator Əlisəttar Atakişiyev, operator Arif Nərimanbəyov,quruluşçu rəssam Yuri Şvets, bəstəkar Niyazi,
rejissor Zeynəb Kazımova, səs operatorları Kərim Əmirov (1947), Sabir İsgəndərov (1958), geyim rəssamı K. Xanlarov və başqaları filmin araya-ərsəyə gəlməsi üçün bütün peşəkarlıqlarını səfərbər etdilər.

AKİ məlumatlarında maraqlı bir faktda qeyd olunur: Teatr rejissoru və kinoaktyor Adil İsgəndərov “Fətəli xan” filmini çəkmək fikrində olub. Ancaq nəticədə filmin rejissor işi Azərbaycana yad olan, tariximizi, mədəniyyətimizi bilməyən bir rejissora tarşırılır..

 

Filmdə iştirak edən aktyor truppası

 

Filmə çəkilən aktyorların böyük əksəriyyəti öz rolları ilə yadda qalmağı bacaran sənətkarlar olub. Ələsgər Ələkbərov (Fətəli xan), İsmayıl Əfəndiyev (Əmir Həmzə), Leyla Bədirbəyli (Tutu Bikə), Əli Qurbanov (usta Səməndər), Mustafa Mərdanov (Şirin kişi), Nəcibə Məlikova (Xədicə), Möhsün Sənani (Məlikməhəmməd xan), Sidqi Ruhulla (Rza bəy), Əlisəttar Məlikov (Hüseyn xan), Rza Təhmasib (Ağası xan), Kazım Ziya (Mirzə Nadir), Ağasadıq Gəraybəyli (Sərdarın elçisi), Həsənağa Salayev vəAktyor seçimindən də hiss olunur ki, filmin ssenari müəllifləri ilə ikinci planda çalışan rejissorların seçimlə bağlı fikirləri əsas götürülüb. AKİ rəsmi səhifəsində o da qeyd edilir ki, bəlkə də düzgün seçimin nəticəsidir ki, Fətəli xan obrazında Ələsgər Ələkbərovdan başqa heç bir aktyoru təsəvvür etmək mümkün deyil.

 

 

Qeyd edək ki, 45 il əvvəl çəkilən bu film aktrisa Nəcibə Məlikovanın kinoda ilk, aktyor Kazım Ziyanın kinoda son işi olub. Yeri gəlmişkən, filmdə böyük qala səhnəsi tamamilə dekorasiyadır. Dekorasiya Zuğulbada tikilmişdi.

 

Əntiqə Rəşid