23 Yanvar 2023 15:01
2465
LAYİHƏ

“Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib ki, 1 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar qeyri-formal təhsilin metodları və önəmi, gənclərlə işdə qeyri-formal təhsilin rolu, özünüifadə, öyrənmə zonaları, təqdimat bacarıqları, enercayzerlərdən düzgün istifadə kimi bir sıra mövzularda təlimlərdə iştirak edəcəklər. Həmçinin layihə müddətində gənclər qrup şəklində praktiki sessiyalar təşkil edərək, təlimçilərlə birlikdə bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Layihənin sonunda iştirakçıların təlim proqramı boyunca öyrəndiyi biliklərin gələcəkdə öz auditoriyaları ilə bölüşməsi də nəzərdə tutulur.

Qeyd olunub ki, layihənin keçirilməsində əsas məqsəd gənclərlə işləyən şəxslərin biliklərini artırmaq, onların təlimçi kimi formalaşmasında yardımçı olmaq, habelə gənclərin qeyri-formal təhsilin metod və alətləri üzrə bacarıqlarını inkişaf etdirməkdir.

Həmçinin bildirilib ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.

Layihədə iştirak etmək istəyən 17-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar, özünü inkişafa meyilli və komanda ilə işləmə bacarığına malik gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3GZUesz