Qəzzada poliomielit virusunun yayılması riski yüksəkdir - ÜST
Qəzza zolağında və anklavdan kənarda sanitar və tibbi vəziyyətin pis olması səbəbindən poliomielit virusunun yayılması riski yüksəkdir.
Adalet.az xəbər verir ki, bu barədə “Times of Israel” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının Qəzza və İordan çayının Qərb Sahilində fövqəladə hallar qrupunun rəhbəri Ayadil Saparbekov, Qəzzadakı kanalizasiyadan ətraf mühit nümunələrində dövran edən poliovirus aşkarlandığını açıqlayıb.
"Qəzzada dövriyyədə olan poliomielit peyvəndi virusunun yayılması riski təkcə onun aşkar edilməsinə görə deyil, həm də suyun təmizlənməsi ilə bağlı dəhşətli vəziyyətə görə yüksəkdir",- deyən Saparbekov virusun yayılmasının beynəlxalq səviyyədə də baş verə biləcəyini qeyd edib.
Onun sözlərinə görə, ÜST və UNICEF əməkdaşları poliomielit virusunun aşkarlanması ilə bağlı risklərin qiymətləndirilməsi çərçivəsində nümunələr toplamaq üçün çərşənbə günü Qəzzaya gələcəklər.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39


Bakı -°C

