Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Adalet.az-a XİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə, sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.
Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.
Digər Xəbərlər
11 Iyul 2026 11:50
“İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı”
11 Iyul 2026 11:40
İlham Əliyev Laçında su elektrik stansiyalarının açılışında - FOTOLAR
11 Iyul 2026 11:40
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanladı
11 Iyul 2026 11:38
“Bu gün İranı kimin idarə etməsi məlum deyil...”
11 Iyul 2026 10:51
Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
11 Iyul 2026 09:57
Azərbaycan XİN Monqolustanı təbrik edib
11 Iyul 2026 07:52
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
10 Iyul 2026 18:45


Bakı -°C

