2020-ci il Azərbaycan tarixi imtahan günləini keçirirdi. Düşqonşumuzu silahlandırması biz də təəccüb yaratmadı. Ermənistanın arxasında duraraq , hərtərəfli dəstək nümayiş etdirərək onu Azərbaycanla müharibəyə itələyirdi. İranın ,Fransanın , Rusiyanın və bir sıra dövlətlərin belə düşmənçilik etməsi bizi təəccübləndirmədi.
Necə deyərlər, adları üstündə: Düşmən!. Bizimlə düşmənçılik aparırdılar.
Adını sıraladığım ölkələrin yanında bir də düşmənçiliyini gözləmədiyimiz ölkələr vardı. Onlardan biri də Serbiya idi. Bəli, 2020-ci il İyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirildi.
Ermənistana silah satan, fürsətdən şirə dönən Serbiya
Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirdi. Əlbəttə cidanı çuvalda gizlətmək də mümkün deyildi.
Serbiya rəsmisi Serbiyanın ticarət və telekommunikasiya naziri Rasim Ljajic açıqlamasında bildirdi ki, Ermənistana silahların "özəl bir şirkət tərəfindən ixrac edilib:"Silahlar Ermənistana dörd nazirlik - Ticarət, Müdafiə, Daxili, Xarici İşlər nazirliklərindən və Kəşfiyyat və Təhlükəsizlik Agentliyindən (BİA) icazəsi olan özəl şirkət tərəfindən ixrac edilib”.Nazir bildirdi ki, "dövlət şirkətlərinin satışda iştirakı olmayıb".
"Hansı şirkət olduğunu deyə bilmərəm, amma məlum olan budur ki, o, dəyəri milyon avrodan aşağı olan, əsasən silah və tapança ixrac edib. Satış iki hissədə, may və iyun aylarında yerinə yetirilib".
Açıqlama sizə də gülünc gəldimi? Onsuzda Azərbaycan bilirdi ki, Serbiya müxtəlif illərdə Ermənistanı müxtəlif tipli silahlarla təmin edib. Rəqəmlərə diqqət edək: Hələ 2007-ci ildən Ermənistana silah satışı üzrə öncül yerlərdən birini tutur. Məsələn elə həmin ili İrəvan Serbiyadan 250 ədəd M93 “Black Arrow” snayper tüfəngi və 100 ədəd 30 mm çaplı AGM-17 qumbaraatanı, 2010-cu ildə isə Serbiyanın “CPR Impex” şirkət Bosniya və Hersoqovina üzərindən satışı həyata keçirməklə Ermənistana 200 ədəd M-57 və M70 “Commando” minaatanı və 2016-cı ildə açıqlanmayan sayda 82 mm çaplı M79 dəzgahlı qumbaraatan (həmçinin bu silah üçün döyüş sursatı) və M-80 tipli biratımlı qumbaraatanlar ixrac edib.
Nəhayət qardaşlarından və dostundan başqa kimsədən dəstək və mənəvi yardım almayan Azərbaycan o çətin imtahandan əla qiymət alıb, alnıaçıq , üzü ağ dünyanın qarşısına çıxdı. Qalib oldu.
Quyruğu qapı arasında qalan pişiyə dönən Serbiya
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu və Qərbin Rusiyaya düşmən münasibəti bir sıra problemləri meydana gətirdi. Rusiya qazının Avropaya nəqli zəiflədikcə alıcılar yeni qapılar axtarmağa başladı. Serbiya Rusiyadan asılılığını azaltmaq üçün üz tutdu Azərbaycana.
Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər.
Bəli, bunu Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
"Hazırda biz bu qaz kəmərini tam gücü ilə istismar etmək istəyirik. Gələcəkdə ehtiyac yaranarsa, biz onu 3,2 milyard kubmetrə qədər genişləndirə bilərik. Bu, demək olar ki, Serbiyanın qaza olan tələbatını tam 100 faiz ödəyəcək. Hazırda bu kəmər üçün əsas qaz mənbəyi Azərbaycandır və biz 2036-cı ilə qədər 400 milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalamışıq. 2037-ci ildən etibarən tədarük həcmi demək olar ki, üç dəfə arta bilər”, - nazir bildirib.
Onun sözlərinə görə, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Biz evlərimizə və fabriklərimizə daha çox qaz verə biləcəyik. Azərbaycandan əlavə tədarüklə ölkəmizin bu hissəsində qaz təchizatını genişləndirə biləcəyik. Bu, enerji sektorunda ikitərəfli strateji əlaqələrimizi daha da dərinləşdirəcək. Prezidentlərimiz arasındakı gözəl münasibətlər sayəsində Serbiya əsas qaz tranziti ölkəsi kimi xəritədə öz mövqeyini möhkəmləndirəcək”, - Dubravka Cedoviç-Handanoviç əlavə edib.
Axı, Azərbaycan Serbiyaya nə pislik etmişdi ki?
Əslində Serbiya Azərbaycandan heç bir pislik görməmişdi. 1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur".
Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarıyıla geri çağırılıb. Aprelin 15-də taqım Azərbaycana qayıdıb.
Beləcə, siyasət. zaman, maraqlar göstərir ki, qardaşdan başqa kimsəyə güvənmək olmaz! Sabah və yaxud gələcəkdə şərtlər dəyişərsə, məsələn, Serbiya Azərbaycandan umduğunu ala bilməsə yenidən Azərbaycanın düşməninə silah-sursat satacaq. Əslində Azərbaycanla heç bir problem yaşamadığı halda , hətta "yaxın dost ikən onun düşmənini dişinə qədər silahlandırmağı özünə məqsəd seçən Serbiya gör, Azərbaycandan umduğunu almasa, ala bilməsə. nələr edər!?
P.S. italyan filosofu, yazıçı və siyasi xadimi Nikkolo Makiavelliinin "Şahzadə" əsərində Aristoteldən başlayaraq siyasi ədəbiyyatda hakim yer tutan "siyasətin əsasında ədalət və əxlaq dayanır" fikri təkzib olunub. Bu, həm Makiavellinin, həm onun əsərinin tarixə düşməsində əsas amil rolunu oynayıb. Hazırda Serbiyanın o cümlədən, dünyanın hegemon dövlətlərinin, beynəlxalq təşkilatlarının, qərb ölkələrinin siyasətini izlədikcə, Nikkolo Makiavelli böyük bir yanlış etdiyini anlayırsan. Deyəsən axı, siyasətin əsasında ədalət və əxlaq dayanmır?!
Əntiqə Rəşid