04 Iyul 2024 13:19
567
ƏDƏBİYYAT

"ŞUŞA    QALASI "-ından yazdı Əbülfət Mədətoğlu

Bu  bir  danılmaz  tarixi  gerçəklikdir  ki, 2020-ci  ilin 8 noyabr  günü  xalqımızın həyatında  ən şərəfli və ən xoşbəxt   zaman kəsiyidir. Məhz  həmin gün bizim Qarabağ  həsrətimizə son oldu!  Məhz  həmin gün  bizim Böyük  Zəfərimiz tarixin yaddaşına  möhürləndi.  Ordumuzun  və Dəmir  yumruğun  qətiyyətli  zərbələri  torpaqlarımızın  işğaldan azad edilməsi savaşını  Qəti Qələbə  ilə  tamamladı.

Bu  tarixi  gündən  başlayaraq  işğaldan azad  edilmiş  torpaqlarımızda   həyatın  bərpasına, Böyük  Qayıdışa  hazırlıq   işlərinə   göstəriş  verildi.Ölkə  prezidenticənab  İlham Əliyevin Sərəncamları  ilə  bu  qayıdış üçün ən  zəruri olan iqtisadi,maddi, mənəvi,tikinti, bərpa, bir  sözlə  infrastrukturun  təmin edilməsi  üçün proqram  və  layihələrin  hazırlanması üçün   bilavasitə iş cədvələri  üzrə  fəaliyyət  başlandı

Gerçəkləşməyə   başlayan  tədbirlər  proqramının  bir  istiqaməti  də  azad edilmiş   torpaqlarımızı  həm tarixi, həm corafi-iqtisadi  baxımdan  dünya  içtimaiyyətinə  tanıdılmasıdır. Bunun üçün də  adı çəkilən bölgələrimizlə  bağlı  elmi, tarixi əsərlərin yazılması, filimlərin, rəsm əsərlərinin çəkilməsi  kimi vacib işlərin  reallaşdırılmasıçox  vacibdir.

Bax, həmin bu  istiqamətə uyğun olaraq  oxucuların, ədəbi  içtimaiyyətin  çox  yaxşı  tanıdığı  Vasif Quliyev özünün   "ŞUŞA QALASI"  adlı  kitabını  çap  etdirib. Əvvəlcədən xatırladım ki, on  kitabcadan ibarət olan  "ŞUŞA QALASI" bir  az kitab -albom  üslubundadır. Bu kitab - albomların 1-cisi " Şəhərin yaranması"  adlanır. Adından da  göründüyü kimi nəfis- kitab - albomun 1-cisində  söhbət  məhz Şuşa  şəhərinin yaranmasından gedir.Və  elə bu  ardıcıllıqla da "Məhəllələr  və küçələr"," Toponimlər","Tarixi- memarlıq  abidələri", "Flora  və fauna" , "Müqəddəs məkanlar""Karvansaralar, hamamlar, bazarlar" ,"Sənətkarlıq" , "Ticarət" və "Bulaqlar"  adlı  kitab -albomlar artıq  böyük tiraj  və  yüksək  kefiyyətlə      nəşr  olunub. Bu  məqamda  onu da  qeyd  edim ki, çap  olunmuş  kitab-albom ingilis, rus, türk,ərəb  və  digər  dillərdə də çevrilməkdədir. Bu gün faktiki  olaraq   "ŞUŞA QALASI" -nın  ingilis  dilinə  çevrilmiş  variantı  çap  olunub. Digər  dillərə də tərcümə edilib  yayılması işləri  davam etdirilir.

Oxuculara onu da xatırladım ki, kitabın əvvəlində  prezdent  sərəncamı, 3-cü  səhfəsində isə Uluöndərin və  Müzəffər Ali  Baş komandanın Şuşa  ilə  bağlı  fikirləri yer alıbdır.Kitab-albomunüz qabığındakı  şəkill-fotolar Şuşanı təqdim edir. İnanıram ki, Qarabağ  sevdalı  Vasif Quliyevin  bu  xidməti  heç  vaxt  unudulmayacaq.

 

                                                                                              Əbülfət Mədətoğlu