04 Iyul 2024 11:27
483
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Mənim ümüdümü qırma,sən Allah!

 (Yadların yumruğu öldürməz,amma dostun bir çırtması məhv edər məni.)                        

 

Ey mənim həyatım,ey mənim canım,

Qoyma,bu həyatda alışım,yanım.

Puç olsa ümüdüm,bil,çatar sonum.

Qırma ümüdümü,qırma,sən Allah!

******

Sənə etibarım bilki böyükdü.

Puç olan ümüdlər çiynimdə yükdü.

Həyatın yükünü ürəyim çəkdi.

Qırma ümüdümü,qırma,sən Allah!

******

Səni dağ sanırdım,dağ təki yüksəl,

Ən çətin anımda köməyimə gəl !

Qoyma ki,təklənəm,olam bir tək əl.

Qırma ümüdümü,qırma,sən Allah!

******

İstərdim ömürlük dostum olasan.

Yaxşı bir dost kimi yadda qalasan.

Hər zaman,hər yerdə məni anasan.

Mənim ümüdümü,qırma,sən Allah!

******

Bir gün dövran keçər,ömür qurtarar,

Ürəyim bir dost kimi bil,səni anar.

Puç olsa ümüdüm həyatım yanar.

Qırma ümüdümü,qırma,sən Allah!

******

Zamanı gələcək qocalacaqsan,

Günlərdən ömrünə bac alacaqsan.

Mənə görə peşman da olacaqsan.

Qırdın ümüdümü,qırdın sən vallah!

******

Dost zərbəsi,aman Allah ağırdı.

Ürəyimdə sanki,çığır-bağırdı.

Gözlərimdən qanlı yaşlar axırdı.

Qırdın ümüdümü,qırdın sən vallah!

******

Sanıram ayağa durmaram daha,

Bu zərbə gəlibdi,mənə çox baha.

İnanki,ümüdüm yoxdu sabaha.

Qırdın ümüdümü,qırdın sən vallah!

******

Güclü oldu o dostumun şeytanı.

O görmədi,nə mələyi,nə manı.

Gözlərimdə o qaraltdı cahanı.

Qırdı ümüdümü,qırdı o vallah!

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.